İranla Küveyt arasında qalmaqal
Tarix: 21.07.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


İran Küveytə nota verib. APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. B.Qasimi Küveytin Tehrandakı müvəqqəti işlər vəkilinin Küveyt dövlətinin İrana qarşı irəli sürdüyü ittihamlarla bağlı XİN-ə çağırıldığını bildirib. Onun sözlərinə görə, Küveytin müvəqqəti işlər vəkilinə bildirilib ki, İran İslam Respublikası ölkədəki diplomatik nümayəndələrin sayının azaldılması ilə bağlı oxşar addım atmaq hüququnu özündə saxlayır. "Küveytin İranla bağlı iddiaları əsassızdır. Təəssüfedici haldır ki, Küveyt rəsmiləri bu həssas dövrdə səmərəsiz gərginliklərdən çəkinmək, regionda macəra axtaran tərəflərin təzyiqləri və şirinləşdirici vədləri qarşısında təmkinli olmaq əvəzinə, bu kimi boş vədlərə müsbət reaksiya verir və İran İslam Respublikasına qarşı boş ittihamlar irəli sürür", - deyə B. Qasimi Küveytin müvəqqəti işlər vəkilinə bildirib. B.Qasimi deyib ki, Küveyt müvəqqəti işlər vəkilinə iddia olunan məsələ ilə bağlı İranın heç bir əlaqəsinin olmadığı və bu barədə əvvəlcədən Küveyt rəsmilərinə məlumat verilib. Qeyd olunub ki, İran region ölkələri, o cümlədən, Küveytlə ən ağır günlərdə belə həmişə məsuliyyətli davranıb. Küveytin Tehrandakı müvəqqəti işlər vəkili baş vermiş son hadisələrdən təəssüfləndiyini bildirib və qeyd olunan məsələləri tez bir zamanda ölkəsinin rəhbərliyinə çatdıracağını deyib. Qeyd edək ki bundan əvvəl İranın Küveytdəki səfirliyinə rəsmi nota verilib, hərbi və mədəniyyət məsələləri üzrə attaşelərin aparatlarının bağlanılması haqqında bildiriş göndərilib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Nəticədə bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info