“Vaşinqtonun bölgə ilə bağlı strategiyası hələ tam müəyyənləşməyib”
Tarix: 22.07.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


İraqın vitse-prezidenti: “Rusiya olmasaydı Suriya rejimi məhvə məhkum olmuş, Bağdad süqut etmiş, terrorizm bölgənin xəritəsini dəyişmişdi”
“Əgər, Suriya problemi ilə bağlı Rusiya öz mövqeyini ortaya qoymasaydı, region tamamilə məhv olardı”. Bu sözləri İraqın vitse-prezidenti Nuri əl-Maliki bildirib. O, qeyd edib ki, Suriya məsələsində ABŞ-dan fərqli Rusiya yanaşması olmasaydı ölkədəki rejim artıq məhvə məhkum olmuşdu: “Bu, eyni zamanda, Bağdadın süqutu ilə sonunclanan və terrorizmin bölgənin xəritəsini dəyişəcək dərəcədə fəallaşmasına geniş yollar aça bilərdi”. İraqlı vitse-prezident “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib ki, Mosulda “İŞİD” üzərində qazanılan qələbə Amerika Birləşmiş Ştatlarının uğuru kimi dəyərləndirilmir: “Təbii ki, ABŞ-ın bizə havadan dəstək verdiyi danılmazdır, lakin bununla belə əsas xidmət iraqlı əsgərlərin, İraq Silahlı Qüvvələrinindir”. ABŞ-ın Yaxın Şərqdəki fəaliyətinə münasibət bildirən Nuri əl-Maliki Vaşinqtonun bölgə ilə bağlı strategiyasının hələ tam müəyyənləşmədiyini bildirib: “Donald Trampın İraq strategiyası barədə aydın strategiyasının olmaması, mənim üçün müəmma olaraq qalır. Qəribəsi budur ki, ABŞ administrasiyası bunu etiraf edir”. İraqın vitse-prezidenti qeyd edib ki, Mosulun “İŞİD”-dən azad edilməsi üçün aparılan hərbi əməliyyatlarda İraq ordusunun və polisinin həlak olan və yaralanan əməkdaşlarının sayı təxminən 20 min nəfərə çatıb. Xatırladaq ki, Mosulda əməliyyatlar keçən ilin oktyabr ayında başlayıb. 9 ay davam edən əməliyyatlarda ordunun xüsusi təyinatlı dəstələri, federal polis qüvvələri, bölgədə fəaliyyət göstərən şiə könüllülərinin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edib. Havadan İraq ordusuna ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasının aviasiyası dəstək verib. İraqın Baş naziri Heydər əl-Əbadi ötən həftə, şəhəri üç ildən çox nəzarətdə saxlayan “İŞİD” qruplaşması üzərində qələbə qazanıldığını rəsmən elan edib. Qruplaşmaya qarşı əməliyyatlara rəhbərlik edən amerikalı general Stiven Taunsend isə Mosulun silahlılardan tam təmizlənməsi üçün bir neçə həftə lazım gələcəyini bildirib. KİV-lər hərbi əməliyyatların gedişində 40 mindən çox Mosul sakininin həlak olduğuna dair məlumatlar da yayıblar. Xatırladaq ki, xarabaya çevrilmiş Suriyada silahlı münaqişə 2011-ci ilin martından davam etməkdədir. Qarşıdurma nəticəsində bu ərazidə həyatının itirənlərin sayı BMT-nin rəsmi məlumatına görə, artıq 220 min nəfəri ötməkdədir. 2015-ci ilin sentyabrından isə Rusiya ölkə prezidenti Bəşər Əsədin razılığı ilə ərazidəki terroristlərə qarşı hava zərbələri endirməyə başlayıb. Məhz Rusiyanın dəstəyinə güvənən Dəməşq mübarizəni öz xeyrinə dəyişə bilib. 2015-ci ilin ilin martında Suriya ərazisində özünün ilk aerokosmik qüvvələr qrupunu yerləşdirən Rusiya öz uğurlu əməliyyatlarını həyata keçirməyə başlayıb. Bununla yaqnaşı, Moskva Suriya hökumətini silah və hərbi texnika ilə təmin etmək öhdəliyni də öz üzərinə götürüb. Məhz elə bunun yekunu kimi, bu gün İraqda- Hmeymidə Rusiyanın aviabazası, , Tartusda isə logistika mərkəzi fəaliyyətdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info