“Son 10 ildə erməni rəhbəri xalqa verdiyi vədlərin heç 10 faizini belə, yerinə yetirməyib”
Tarix: 25.07.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Ermənistanda qəribə hadisələr baş verməkdədir. Hər şeydən əvvəl qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan və baş nazir Karen Karapetyanın adlarının hakim Respublika Partiyasının proporsional siyahısına daxil edilmədiyi barədə xəbərlər dərc edilmişdi. Bu baxımdan müdafiə naziri Vigen Sərkisyanın rəhbərlik etdiyi proporsional siyahının müəyyən məqsədə hesablandığı şübhəsidir. İşğalçı ölkə prezidenti Sərkisyan gələn il gözlənilən parlament seçkiləri ilə bağlı müsahibəsində deyib ki, baş nazir postuna parlamentdə çoxluq təşkil edən siyasi qüvvələr öz namizədlərini irəli sürəcəklər: “Əlbəttə, bu gün erməni cəmiyyətində şəxsiyyətdən çox şey asılı olsa da, bildirməliyəm ki, hakimiyyət şəxsiyyət ətrafında inşa edilmir”. Təbii ki, Sərkisyanın parlament barədə bəyanatı daha çox əyləncə xarakteri kəsb edir. Məsələ bundadır ki, bu gün özünü şəxsiyyət kimi cəmiyyətə təqdim etmək istəyən Sərkisyan, ölkəsinin avtoritar bir ölkə olaraq qaldığını niyə yaddan çıxarır. “Demokratik vətən” partiyasının rəhbəri Petros Makeyan “Birinci informasiya” saytına açıqlamsında deyib ki, ölkədə hakimiyyətdə olan Ermənistan Respublika Partiyası xalqın problemlərinə heç vaxt qulaq asmayıb: “2008-ci ilə qədər “xalqın problemlərini” Robert Köçəryan və Serj Sərkisyan, bundan sonra isə, yeganə səlahiyyət sahibi olan Serj Sərkisyan müəyyən etməyə başladı. Hətta simasız və iradəsiz Ermənistan Respublika Partiyasının hansı məqamdasa Serj Sərkisyanın devirməyə cəhd etməsi də istisna edilmir. Ermənistanda konstitusiya islahatları həyata keçirən Sərkisyanın əsas məqsədi təkhakimiyyətliyini qorumaqdır. Təkcə onu qeyd edək ki, son 10 ildə erməni rəhbəri xalqa verdiyi vədlərin heç 10 faizini belə, yerinə yetirməyib”. Partiya rəhbəri hakim partiyanın və digər siyasi qüvvələrin yalnız bir insanın iradəsinə itaət etdiyini etiraf edib. Petros Makeyan ölkə rəhbəri Serj Sərkisyanla baş nazir Karen Karapetyan arasında münaqişə olduğunu da bildirib: “Bu gün Sərkisyanın media maşını Karapetyanı nüfuzdan salmaq üçün bütün vasitələrdən yararlanır. Karapetyan iqtisadi göstəricilər, statistik məlumatlar və investisiya vədlərini yerinə yetirməməkdə ittiham edilir. Karapetyanın nüfuzdan salınma siyasəti hakimiyyəti hansısa məqama qədər xalqın qınağından qorumağa hesablanıb”. Makeyan baş nazir dəyişikliyini 2018-ci ilin aprel ayından sonra baş verəcəyi ehtimalını istisna etmir. Sərkisyan erməni cəmiyyətində ajiotaj yaratmaq və bununla xalqı baş nazir postuna ən layiqli namizəd kimi, özünün olduğunu inandırmağa çalışacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info