Sürücü özünü yox, sərnişinləri nəzərə almalıdır!
Tarix: 25.07.2017 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
Elsevər Məmmədov |

Qələmin müqəddəs missiyasın əldə əsas tutaraq yazıram. Yazıram bilirsizmi nədən? Artıq sözün həqiqi mənasında günümüzün bir hissəsini sərnişin qismində keçirdiyimiz ümumi nəqliyyat vasitələrinin bəzilərində qulağlarımıza edilən “işkəncədən” və aldığımız psixoloji travmadan. Maddi vəziyyət və ya şəxsi seçimimizlə əlaqədar çoxumuz marşurutlardan istifadə edirik. Əfsuslar olsun ki, bu istifadə zamanı çatacağımız ünvanacan da ruhumuzu darmadağın edirik. Sözün açığı o eşidiyimə musiqi belə demək istəmirəm çünki musiqi ruhun qidasıdır axı. O, eşitdiklərimiz isə ruhun qidası yox zəhəridir desəm məncə yanılmaram. Mənzərəni acizanə təsvir edim sizdə təsəvvürünüzdə canlandırın bu ağrı və acını. Səhər erkən yuxudan oyanıb özünü müsbət ruhda kökləyir, yeni bir günə mükəmməl başlanğıc üçün motivasiya edirsən. Bu xoşbəxtlik isə sən sadəcə avtobusa minənəcən davam edir. Avtobusların daxili aurası və qulağına zülm edən “musiqi” səslənir. Elə həmin vaxt o musiqi səni qanadları üzərinə alaraq aləmlərin seyrinə çıxarır. Uşaq vaxtı etdiyin səhvliklərdən tutma, borclu olduğun sonuncu qəpiyəcən xəyalında canlanır. O, peşəkar sürücülərki var, onlar isə sənin bu “müsbət” auranın vermiş olduğu həzzdən olacaq ki, eyforiya hissləri ilə matris eynəyi gözündə sol qolu çöldə sükanla ruhi kontakt yaşayır. Sən isə bu mənzərənin bir zərrəsi və sərgilənən tablonun bir elementi olduğun üçün həyatına nifrət edirsən. İndi siz deyin bu ruh halı ilə biz günə necə mükəmməl başlanğıc edə bilərik?
Bilirsizmi gəlin açıq etiraf edək ki, bəzən bəzilərimizin ağzına peşəkarlıqdan söhbət açan zaman çullu dovşan yerləşmir. Qısacası etiraf edəcəm ki, bizim televiziya və radio efirlərinə ayaqaçan bayağı mahnı və musiqilərimizdə az deyil. O, sahələri etiraf etdim ona görə ki, teleradio sahəsində çalışan biri kimi, yaxasını bir kənara çəkən biri tək görsənməyim. Ancaq hər kəs bilir ki, televiziya və radio efirlərində milli, xalq mahnılarımız və bəstəkar musiqiləri daha çox səsləndirilir. Ancaq yenədə bəzi marşurutlar üzrə fəaliyyət göstərən sürücülər mp3 oxuducularında şəxsi seçimləri ilə etdikləri “mahnı” və “musiqi”lərlə zövqümüzü və günümüzü korlamağa davam edir.
Etik davranışlarını əldə rəhbər tutaraq sürücülük mədəniyyətini nümayiş etdirməyə borclu olduqlarının hələdə fərqinə vara bilməyən sürücülər var. Dəyərli sürücü! İctimai nəqliyat vasitəsində olan onlarla insan, onlarla ayrı-ayrı psixologiya və özlüyündə dünyadır. Və sən hardan biləcəksən ki, sərnişinin ruh halı necədir. Və sən sürücü olan şəxs hansı haqqla insanların ruh halına birbaşa təsir edir və onların zövqlərin korlayırsan?
Bu yazımın yekununda o sürücülük etikası kodeksinə uyğun davranmayan sürüclərə üzümü tutaraq xahiş edəcəm ki, vicdanlarının öz əməllərinə nəzarətinə imkan yaratsınlar!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info