Aqaron Adibekyan: «Gənclər Ermənistanı iş olmaması səbəbindən tərk edirlər»
Tarix: 26.07.2017 | Saat: 14:58:00 | E-mail | Çapa göndər
«Hazırda Ermənistan əhalisinin 40 faizindən çoxu yeni iş yerlərinin və məşğulluq səviyyəsinin artırılması ümidi ilə yaşayırlar». «Novosti Аrmeniya» saytının verdiyi bilgiyə görə, bu barədə jurnalistlərə "Sociometer" sosioloji tədqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan məlumat verib.
Ermənistan Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, bu ilin birinci rübündə ölkədə işsizlərin ümumi sayı əhalinin 19 faizini təşkil edib. Xidmətin etirafına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
«Bu gün ölkədə sosial gözləntilər ümidi ilə çalışan əhalinin ən ümdə arzusu haqlarının, təqaüdçülər üçünsə təqaüdlərinin artırılmasıdır. Bu gün ölkədə ali məktəb bitirən gənclərin ən böyük arzusu özlərinə iş tapmaları ilə bağlıdır. İş tapa bilməyənlərin əksəriyyəti çıxış yolunu ölkəni tərk etməkdə-miqrasiyada görürlər»,-deyə Adibekyan bildirib.
Mərkəz direktorunun sözlərinə görə, bu sahədə vəziyyəti çətinləşdirən əsas amillərdən biri Ermənistanın xarici borunun çoxluğu ilə bağlıdır. Məhz buna görə də, ölkə rəhbərliyi, hökumət böyük xarici investorları Ermənistana cəlb edə bilmirlər. Məlum məsələdir ki, belə bir məqamda həmin xarici investorlara dövlət zəmanəti verilməlidir. Belə görünür ki, hökumət bu zəmanəti vermək iqtidarında deyil: «Təbii ki, kiçik həcmli investisiyaların ölkəyə gətirilməsi mümkün olsa da, bu, məsələnin köklü şəkildə həllində heç bir rol oynaya bilməz. Ermənistan vətəndaşları investisiya siyasəti baxımından savadsızdırlar, onların biznes sahəsində işlərin necə qurmaq lazım gəldiyi, banklarla əməkdaşlıq və s. sahələrdə heç bir təcrübələri yoxdur»,-deyən Adibekyan Ermənistana yatırılan beynəlxalq investisiyaların da son zamanlar xeyli azaldığını bildirib.
Qeyd edilməlidir ki, Ermənistan İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında Ermənistana qoyulan investisiyanın ümumi miqdarı 516 milyon dollar təşkil edib. Maraqlıdır, bu göstərici miskin ölkənin elə miskin də olan iqtisadiyyatı üçün yetərlidirmi?
Təvazökarlıqdan uzaq olsa da, bildirilməlidir ki, bu göctərici Azərbaycanda 4 milyard dollardan çox təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Ermənistanın iqtisadi cəhətdən fəal əhalisinin ümumi sayı 1 milyon 202,9 min nəfər təşkil edib ki, onların da yalnız 974,5 min nəfəri işlə təminatlı, 228,4 min nəfəri işsiz kimi göstərilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
05.12.2017
“İkili standartlar Qərbdə adi hala çevrilib”
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info