Erməni jurnalist “Meydan TV”-yə işçi axtarır
Tarix: 27.07.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Meydan TV”-nin erməni şəbəkəsilə bağlı olduğu artıq heç kim üçün sirr deyil. Bu da deyilənləri təsdiqləyən daha bir fakt: hazırda Tiflisdə məskən salan erməni jurnalist Onnik Krikorian özünün tvitter hesabında elan paylaşaraq, “Meydan TV”-yə işçi axtarıldığını bəyan edib! Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni jurnalisti və fotoqrafıdır. “AzVision.az” xəbər verir ki, o, İngiltərənin Portsmut şəhərində anadan olub, 1998-ci ildən bu yana Ermənistan Respublikasının da sakinidir. Ermənistana gələnə qədər Türkiyədəki kürdləri araşdırmaqla məşğul olub. 2013-cü ildən Tiflisdə keçirilən “4M Journalism and Social Media” forumunda təşkilatçı kimi aktiv iştirak edir. Forum Güney Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılara lazım olan ideyalarla təlimatlandırır. Daha sonra onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə yənəldilirlər. “Meydan TV” üçün verilən elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tiflisdə yerləşmək şərtilə layihə meneceri axtarılır. 1000 avro az pul deyil. Bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin cibindən!




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info