Cəzaçəkmədən azad edilmiş 2447 nəfər birdəfəlik müavinətlə təmin edilib
Tarix: 27.07.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. 
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də davam etdirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq cari ilin ötən dövründə Bakı şəhərindəki Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6 saylı, 2 saylı, 4 saylı, 7 saylı, 10 və 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim edilib. 
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi yönündə də məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info