Nazirlik təlimlər keçirib
Tarix: 27.07.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan, Bakıda yerləşən muzey və qoruqların əməkdaşları üçün “Müştərilər ilə (vətəndaşlar ilə) əlaqələrin idarə edilməsi” mövzusunda təlimlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirib ki, təlimlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Turizm Şurasının qərarına uyğun olaraq, nazirliyin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlim-tədris mərkəzi tərəfindən reallaşıb.
Təlimlərdə iştirak edənlərə muzey və qoruqları ziyarət edən turistlərə səmərəli xidmətin göstərilməsi, onlara dolğun və düzgün informasiyaların verilməsi, habelə psixoloji sorğuların keçirilməsi, problemlərin vaxtında və yerində həll edilməsi kimi məsələlər haqqında məlumatlar verilib.
Həmçinin mədəni sərvətlər, onun qorunması və gələcək nəsillərə ötürülməsi, mədəni sərvətin turizm sektorunun inkişafına təsiri kimi mövzular da müzakirə olunaraq aidiyyəti beynəlxalq fondlara layihələrin təqdim edilməsi ilə bağlı məlumatlar təlimin əsas mövzularından olub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci il 21 fevral tarixində təsdiq olunmuş “Turizm sahəsində Milli Keyfiyyət Sisteminin tətbiqi üzrə Fəaliyyət Planı”na uyğun olaraq, ölkəyə gələn xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə bu cür təlimlərin digər sahələr üzrə də keçirilməsi nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info