“Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”
Tarix: 28.07.2017 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


“Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”. Bu barədə Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb. “Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq! Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”, Saakaşvili qeyd edib. O, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”. Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info