Rusiya ABŞ-ın sanksiyalarına cavab verməyə başlayıb
Tarix: 28.07.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin hər iki palatasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair qanun layihəsinin qəbulundan sonra Rusiya hökuməti bu sanksiyalara cavab vermək qərarına gəlib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avqustun 1-dən ABŞ-ın Rusiyadakı səfirliyi öz ixtiyarında olan anbarlardan istifadə edə bilməyəcək. Moskvadakı Dorojnaya küçəsində yerləşən anbarlar Rusiya hökuməti tərəfindən müsadirə olunacaq. Moskvanın Serebryanıy Bor meşə massivində yerləşən və ABŞ səfirliyinə məxsus olan bağ evi də amerikalıların əlindən alınacaq.

Bundan əlavə, rəsmi Moskva ABŞ-a sentyabr ayınadək Rusiyadakı diplomatlarının və texniki personalının sayını azaltmağı təklif edib. Belə ki, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq - 455 nəfər. “Amerika hakimiyyət orqanlarının bizim ABŞ-dakı diplomatlarımızın sayının azaldılacağına dair yeni birtərəfli addımları olacağı halda, dərhal analoji addım atılacaq. Bu hadisələr bir daha ABŞ-nın beynəlxalq məsələlərdə kəskin aqressiv mövqe tutduğunu təsdiqləyir. Öz “müstəsnalığının" arxasında gizlənən ABŞ digər ölkələrin mövqeyini və maraqlarını inkar edir”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib. Onu da xatırladaq ki, 2016-cı ilin sonunda Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq prezident Barak Obama tərəfindən ABŞ-dakı 35 Rusiya diplomatı ölkədən çıxarılıb və Rusiyaya məxsus 2 diplomatik xidmət binasına həbs qoyulub.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info