«Der Spiegel»: «Qadağalar Rusiyanı diz üstə çökdürə bilmədi»
Tarix: 28.07.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl xatırlatmağa dəyər ki, bir müddət bundan əvvəl Britaniyanın "The Daily Telegraph" nəşri Rusiyanın öz iqtisadiyyatı üzərində nəzarəti itirdiyini və artıq valyuta mübadiləsi nəzarətini tətbiq etməyə məcbur olacağı barədə xəbər dərc etmişdi. Elə bu ərəfədə Vaşinqton Moskvaya qarşı tətbiq olunan qadağaları dayandırmaq niyyətində olmadığını bəyan etmişdi.
Lakin reallıq ortadadır. Almaniyanın «Der Spiegel» nəşrinin yazdığı kimi, «Amerika Birləşmiş Ştatları bu gün də öz problemləri ilə məşğul olur”. Donald Trampın Ağ Evə başqalarının köməyi olmadan gətirildiyənə şahidlik edənlər üçün hələ də, vaxt var.
Bununla belə, həm demokratlar, həm də respublikaçılar 2016-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın təsir etmək cəhdlərini «Amerika dövlətinin ürəyinə zərbə» kimi dəyərləndirirlər:” Məhz elə buna görə də, ABŞ-ın Nümayəndələr Məclisi böyük səs çoxluğu ilə Rusiyaya qarşı yeni və çox mühüm qadağalar qəbul etdi. Lakin o da qeyd edilməlidir ki, ABŞ müttəfiqlərinin əksəriyyəti ilə razılaşdırılmış bu qadağalar, onların bəzilərinin maraqlarını o qədər də əks etdirmir. Təbii ki, belə bir addımın atılmasının əsas təşəbbüskarı kimi, Tramp göstərilir.
Xatırladaq ki, təxminən 70 səhifəlik həcmində göstərilən qadağalar sistemi, bir növ, Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi müharibə kimi dəyərləndirilir. Rusiyada hər hansı bir iş qurmaq iddiasında olan bütün xarici firmalar cəzalandırılacaq. Təbii ki, belə bir addımın atılması, Rusiya dövlət büdcəsinin 50 faizini təmin edən enerji ixracına da təsirsiz ötüşmür. Qeyd edək ki, bu həm də bir çox Avropa enerji şirkətləri üçün də fəlakət sayılmalıdır.
Bundan əlavə, uzun illərdir ki, Şərqlə yanaşı, elə Qərbin də bir çox liberal iqtisadi ekspertləri özəlləşmə təklifi ilə çıxışlar etməkdədirlər. Məhz onlardan fərqli olaraq, Kreml bir çox illər üçün ölkə iqtisadiyyatının önəm kəsb edən sahələrini öz nəzarəti altına alıb.
Təbii ki, bütün bunlara baxmayaraq, ABŞ-ın qadağaları dolayı yolla da olsa təsirsiz ötüşməyib. Bura şübhəsiz ki, artıq zədələnmiş alman-Amerika münasibətləri də daxildir. Məlumdur ki, bir çox onilliklər ərzində Almaniyanı qazla Rusiya təmin edib. Hətta Almaniya kansleri Angela Merkel də çətin ki, Putinə olan dostluq hislərini şübhə altına sala bilər.
Lakin hazırkı reallıqda ABŞ-ın əsas məqsədi Rusiyanı iqtisadi cəhətdən dizi üstə çökdürməkdən ibarətdir. Lakin Vaşinqtondakı səlahiyyətlilər
rus siyasət mexanizmlərinin mühüm rolu barədə, belə görünür ki, hələ də məlumatlı deyillər. Əgər ruslar arasında ölkələrinə qarşı xaricdən gözlənilən hər hansı bir təzyiq barədə təəssürat yaranarsa, onlar
hətta daxili siyasət sahəsində belə, tənqid etdikləri Putin ətrafında möhkəm birləşməyə qadirdirlər. Bunu Putinə müttəfiq olan siyasətçilər də etiraf edirlər. Onlar bunu "Müdafiə vətənpərvərliyi" kimi xarakterizə edirlər.
Bu gün Rusiya prezidenti Putin üçün ən böyük risk ölkədəki kasıbçılıq yox, rifahdır. Bir müddət bundan əvvəl ölkədəki sorğunun yekunu kimi, Putinə inam göstərənlərin sayında azalma müşahidə edilsə də, ölkədə iqtisadi göstəricilər və orta aylıq əmək haqqında yüksəliş müşahidə edilib.
Beləliklə, reallıq budur ki, Rusiyaya qarşı qadağa ilə bağlı qanun qüvvəyə minərsə, xarici tərəfdarları ilə yanaşı,Putinin ətrafı da daha güclü olacaq».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info