Almaniya-Türkiyə münasibətlərində gərginlik
Tarix: 01.08.2017 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Almaniya hökuməti Avropa İttifaqının icra orqanı Avropa Komissiyasına müraciət edərək Türkiyə ilə Gömrük Birliyi anlaşmasının yenilənməsinin təxirə salınmasını istəyib. Almaniya Avropa Komissiyasından Türkiyəyə iqtisadi təzyiq göstərilməsini də tələb edib. Bu tələblər Almaniya tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana göndərilən məktubda əksini tapıb.
Məktubda Aİ üzvlüyünə hazırlıq mərhələsi çərçivəsində Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi tələb edilir. Eyni zamanda Berlin hesab edir ki, Aİ Türkiyə ilə Gömrük Birliyi anlaşmasının müasirləşdirilməsi mövzusunda Ankara ilə aparılan müzakirələri dondurmalı, demokratiya vıə hüququn üstünlüyünə hörmək etməsi üçün Türkiyəyə təzyiq göstərməlidir. Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddətdir gərginlik hökm sürür. Gərginliyin səbəbi Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən hərbçilərə, mülki şəxslərə, eləcə də Türkiyədən mühacirət etmiş jurnalistlərə sığınacaq verməsi, Türkiyənin isə Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisini həbs etməsidir.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info