“Bakcell“ “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib
Tarix: 02.08.2017 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Lənkəranda jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib.
Builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, internet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.
“Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün "Bakcell" şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 nəfər mətbuat nümayəndəsinin iştirakı ilə “Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, deyə "Bakcell" şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.
“Bakcell”in hesabötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsininxidmətin təşkili prosesi ilə tanış olublar.
Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş “Bakcell”in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və“Bakcell”in Applab proqramı və məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info