Ukraynadan təklif: Minsk razılaşması dəyişməlidir
Tarix: 02.08.2017 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Fraksiya rəhbəru Yuriy Boyko: “Münaqişənin həlli üçün real mexanizm amerikalıların da iştirak edəcəyi yeni “yol xəritəsi” yaratmaqdır”

Ukrayna parlamentinin “Müxalifət bloku” fraksiyasının həmsədri Yuriy Boyko hesab edir ki, Donbas münaqişəsinin həlli üçün Minsk razılaşmasına yenidən nəzərdən keçirmək və “Normand formatı” çərçivəsində aparılan son telefon danışıqları fonunda yeni “yol xəritəsi” yaradılmalıdır. Xatırladaq ki, iyun ayının sonlarında üç aylıq fasilədən sonra Rusiya, Fransa, Ukrayna prezidentləri və Almaniya kansleri arasında Donbas münaqişəsinin həlli ilə bağlı telefon danışığı olub. Həmin telefon danışıqlarının yekunun kimi, dövlət başçıları bu il avqust ayının sonunda öz məsləhətçilərinin görüşü barədə razılığa gəliblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıq zamanı tərəflər Minsk razılaşmasının həyata keçirilməsində yaranan problemlərı və Ukraynanın cənub-şərqindəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Yuriy Boyko hesab edir ki, münaqişənin həlli üçün real mexanizm amerikalıların da iştirak edəcəyi yeni “yol xəritəsi” yaratmaqdır: “Bizim təklifimiz odur ki, atəşə son vermək üçün əraziyə mavi dəbilqəlilər yerləşdirilməli və Minsk razılaşması çərçivəsində siyasi həll prosesinə nail olmaqdır. Bunun üçün razılaşmanın məzmunu ilə yanaşı, formatı da dəyişməlidir”. Onun fikrincə, bütün bu məsələlərdə təşəbbüskar kimi Ukrayna tərəfi çıxış etməlidir. Ən optimal islahat isə son telefon zənglərindən sonra yaranan vəziyyəti nəzərə almaqla yeni “yol xəritəsi” yaratmaqdır. Qeyd edək ki, Ukrayna böhranının həlli müxtəlif formatlarda müzakirə edilməkdədir. İndiki “Normand formatı” Rusiya və ATƏT- in vasitəçiliyi ilə yaranıb və razılıq Minskdə əldə edilib. Bu danışıqlar formatında ABŞ təmsil olunmur, amma vaxtaşırı Vasinqtonun prosesə qoşulması gündəmə gətirilir. Onu da qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezident Administrasiyasının müavini Konstantin Eliseyev bildirmişdi ki, əvvəlki ideyaya qayıtmaq və münaqişə zonasına BMT sülhməramlı missiyası yerləşdirmək vacibdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info