Çin borca görə Türkiyənin iqtisadiyyatı qədər faiz ödəyir
Tarix: 03.08.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər
29 trilyon dollara çatan borcun illik faiz ödəməsi 870 milyard dollardır

Dünya iqtisadiyyatının çarxları sanki borcla dönməkdədir. Beynəlxalq Maliyyə İnstitutuna (IIF) görə 2017-ci ilin ilk rübündən sonra dünya ölkələrinin ümumi borcu 217 trilyon dollardır. Bu borcun 56,4 trilyon dollarla 26 faizini inkişaf etmiş ölkələr təşkil edir. İnkişaf etmiş ölkələrin borcunun, az qala, yarısı isə Çinin payına düşür. Dünyanın ikinci böyük iqtisadiyyatına malik ölkəsi olan Çinin borcları son beş ildə öz iqtisadiyyatından daha böyük nisbətdə artım göstərib. Ölkənin artan borcları qlobal iqtisadiyyat üçün təhdid qəbul edilir. Çinin illik faiz ödənişinin 870 milyard dollar olduğu göstərilir. Yəni Çin, Türkiyənin iqtisadiyyatı qədər faiz ödəyir. Qeyd edək ki, Türkiyənin ümumi daxili məhsulu ötən il 857,7 milyard dollar olmuşdu.
“Bloomberg Businessweek”, Çinin 29 trilyon dollara çatan borcunu nəzarət altına almaq üçün apardığı mübarizəyə dair bir hesabat hazırlayıb. Burada Çinin ağır borc yükü səbəbi ilə böhrana girdiyi halda, iqtisadi artımın 3 faizdən aşağı düşəcəyi və bunun təsirlərinin isə tədricən qlobal iqtisadiyyatda hiss olunacağı qeyd edilir.
Hesabatda göstərilir ki, maliyyə orqanları kreditlərlə bağlı müəyyən addımlar atsalar da vəziyyəti dəyişmək mümkün olmayıb. Borcun həcmi 28,8 trilyon dollara yüksəlib. Yəni borcların ümumi daxili məhsula nisbəti 258 faizə çatıb. Bu borcda 17 trilyon dollarla ən böyük “pay” şirkətlərin hesabındadır. Bu şirkətlərin böyük bir hissəsini isə poladdan kömürə, inşaatdan daşınmaz əmlaka qədər bir çox sahədə xidmət göstərən dövlət nəzarətindəki firmalar təşkil edir.
Çində kredit artımının sürəti, iqtisadi çökmə ehtimalı getdikcə artır. Müəyyən bir müddətdən sonra hökumətin borc qaytara və yeni layihələri maliyyələşdirə bilməyəcəyi ehtimalı var. Çin, borc asılılığını azaltmasa, qlobal iqtisadiyyat üçün əhəmiyyətli bir təhdid olacaq. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanan hesabata görə, ilin ilk yarısında 6,7 faiz olan iqtisadi artım, borcdan asılılıq azalmadığı halda, 2021-ci ildə 5 faizə enə bilər. Beynəlxalq kredit dərəcələndirmə qurumu olan “Moodys” ilin ilk yarısında ölkənin yüksək borc nisbətinə diqqət çəkərək Çinin pul vahidi ilə bağlı kredit qeydini "Aa3"-dən "A1" səviyyəsinə endirib. Beləliklə, bu gün Çində borcların böyüklüyü ÜDM-in 258 faizinə çatıb. Bu rəqəm 2008-ci ildə təxminən 160 faiz olub. Eləcə də Çinin ÜDM-i təxminən 11 trilyon dollardır. Ölkənin maliyyədənkənar borclarının ÜDM-ə nisbəti, dünyanın ən borclu ölkəsi olan ABŞ ilə, az qala, eyni səviyyədədir. 1,37 milyard əhalisi olan ölkədə adambaşına borc təxminən 21279 dollardır.

Qazaxıstanda 7 ayda qiyməti ən çox artan məhsul kartofdur

Qazaxıstanda isə ilin ilk 7 ayında inflyasiya 3,8 faiz olub. Bu dövrdə qiyməti ən çox artan məhsul 47,4 faiz ilə kartofdur. Qazaxıstanın Milli Statistika Komitəsi inflyasiya rəqəmlərini açıqlayıb. Ərzaq məhsulları qiymətlərinin 4,6 faiz artması ilə yanaşı, qiymətlərin qeyri-ərzaq məhsullarında 3,5 faiz, xidmət sektorunda 3,3 faiz yüksəldiyi qeyd edilir. Göstərilir ki, yeni ildən bu yana kartofda 47,4, qoyun ətində 11,5, dana ətində 10, tərəvəzdə 9,1 faiz qiymət artımı özünü göstərir. Avtomobil, şüşə və keramika məhsullarının qiyməti 5,3 faiz yüksəlib. Qiymətlərin tekstildə 3,8 faiz, məktəb ləvazimatlarında 3,6 faiz, əczaxana və tikinti məhsullarında 3 faiz artdığı göstərilir. Yanvar-iyul aylarında maye qaz 7,1 faiz, dizel 7,4, benzin isə 5,1 faiz artıb.
Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
15.08.2017
Ermənistan ordusuna çağırış planı xəstələrin hesabına doldurulur
14.08.2017
Moldova Rusiya ilə NATO arasında mübarizə meydanına çevrilir
09.08.2017
Afrikadakı əhali artımı Qərb ölkələrini narahat edir
07.08.2017
Vardan Bostançıyan: «İnvestisiyalar daha çox zəmanətli ölkələrə qoyulur, Ermənistanda isə belə şərait yoxdur»
02.08.2017
Yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info