Arıların ayaqlarında daşıdığı mözücəli qida
Tarix: 07.08.2017 | Saat: 14:02:00 | E-mail | Çapa göndər
İlham Atakişiyev: “Çox adamın arı çörəyi və ya perqa kimi tanıdığı bu möcüzəli arı məhsulunun inanılmaz faydaları var”
Hələ qədimdən təbii bal, arı məhsulu həm qida, həm də dərman vasitəsi kimi əvəzsiz nemət olaraq istifadə edilir. Mütəxəssislərin fikrincə, balın 1001 dərdin dərmanı olması onun müxtəlif çiçəklərdən toplanmasının nəticəsidir. Elə Propolis Mərkəzinin (Propolis.az) mütəxəssisi İlham Atakişiyev də bizimlə söhbətində arı məhsullarının müalicəvi profilaktik əhəmiyyətindən danışdı. O ilk olaraq elə propolislə bağlı məlumat verdi: “Propolis – arıların, əsasən, bitki qətranlarından hazırlandığı ən güclü təbii antibiotikdir. Virus, bakteriya, göbələk əleyhinə təsirə malikdir. Farmakodinamik xüsusiyyətlərinə görə bir çox xəstəliklərdə məlhəmləri xaricə, ekstraktları isə daxilə qəbul olunur”.

“Təbiətdə digər belə qida mövcud deyil”

İlham Atakişiyev Propolis arı məhsulları və apifito məhsulların satış mərkəzində insanlar üçün faydalı olan güləm barədə də söz açdı: “Çox adamın arı çörəyi və ya perqa kimi tanıdığı möcüzəli bu arı məhsulunun inanılmaz faydaları var. Bal arıları çiçəklərin yetişmiş erkəkciklərini toplayır, ayaqlarındakı səbətlərə yığır və pətəyə daşıyırlar. Şanlarda mumdan hörülmüş, vərəmumla (propolislə) dezinfeksiya edilmiş, arıların ağız və bağırsaq şirəsi ilə suvanmış bir kasacıq hazırlayırlar. Yuvada uzun müddət keyfiyyətli qalması üçün arılar topladıqları çiçək tozunu da ağız ve bağırsaq şirəsi ilə, yəni xüsusi fermentlə qarısdırıb bu kasacıqlara yığırlar. Uc tərəfdən mum, üst tərəfdən balla bağlı olan kasacıqda çiçək tozunun kimyəvi çevrilməsi, reaksiya gedir. Nəticədə müxtəlif çiçəklərdən toplanmış mikroelementlərlə zəngin olan “arı çörəyi” ilə qidalanan cavan işçi arıların süd vəziləri süd istehsal edir. Güləmlə qidalanan arı sürfələrinin kütləsi 3 gündə 1500 dəfə artır. Təbiətdə digər belə qida mövcud deyildir”.

Güləmin faydaları
Güləmin faydasına gəldikdə, İlham Atakişiyev dedi ki, bunun tərkibində olan rutinin görə ürək-damar xəstəliklərində effektivdir: “Güləm kapilyarların divarlarını möhkəmləndirir. Maddələr mübadiləsinə təsir edərək bioloji katalizator rolunu oynayır. Həmçinin güləm kimyəvi terapiya alanlarda yaranacaq mineral-vitamin defisitini bərpa edir, həmçinin ümumi müqaviməti artır. Bəzən fəsil dəyişərkən baş verəcək anemiya hallarını aradan götürür. Qanazlığı olanlar və anemiyaları zamanı güləm əlverişli vasitədir. Bu zaman güləmi bala qataraq tək şəkildə istifadə etmək olar. Bal 3:1 nisbətində götürülür və gün ərzində 2 dəfə daxilə qəbul edilir.
Qədim zamanlarda, ümumiyyətlə, güləm heç nəyə qatılmadan da hər gün 10-15 qram yeyilirdi. Bunu daha çox övlad sahibi olmaq istəyən cütlüklər edirdi. 45 gün müddətində çəkidən asılı olaraq heç bir qidaya qatılmadan da qəbul edilə bilir.
Güləm qaraciyər xəstəliklərində (hepatitlər), mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, cinsi zəiflik, beyin qan dövranı pozulması, yumutalıqların fəaliyyətinin zəifləməsi, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir”.
Propolis Mərkəzinin mütəxəssisi güləmin istifadə qaydasını da dedi: “150 q qaynadılmış suya (35-40 dərəcə) bir çay qaşığı güləm və bir çay qaşığı bal qarışdırıb tənzifdən süzməli. Səhər yeməyindən 1 saat əvvəl kiçik porsiyalarda qəbul etməli.
Cinsi zəiflik zamanı güləm tərkibli məcun. Güləm – 150 q, keçibuynuzu meyvəsi tozu – 100 q, balqabaq toxumu tozu – 100 q, zəncəfil tozu – 30q, jenşen tozu –  50 q, bal 1 kq. Qarışdırıb gündə 3 dəfə 1 desert qaşığı yeməkdən sonra qəbul edin”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
ADU-da ümummilli lider Heydər Əliyev anılıb
12.12.2017
ƏƏSMN-in kollektivi ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2017
“Heydər Əliyev xalqın dəstəyi ilə antimilli və separatçı qüvvələri zərərsizləşdirə bildi”
12.12.2017
İstanbulda ulu öndərin xatirəsi yad olunub
12.12.2017
Bugünkü hərracda 17 dövlət əmlakı özəlləşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info