Vardan Bostançıyan: «İnvestisiyalar daha çox zəmanətli ölkələrə qoyulur, Ermənistanda isə belə şərait yoxdur»
Tarix: 07.08.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər
Yəqin ki, çoxlarınız İlya İlf və Evgeni Petrovun birgə yazdıqları əsər əsasında çəkilmiş «12 stul» filmini izləmisininz. Filmin qəhrəməanı Ostap Bender təsadüfən düşdüyü əyalət kəndlərindən birində- Nyu-Vasyukidə yerli əhalini bu yerlərin tezliklə dünyanın mərkəzinə çevriləcəyinə inandırmağa çalışır.Təsadüfi qonağın dediklərinə inanan yerli əhali, Bender aradan çıxandan sonra onun dediklərinin utopiyadan başqa bir şey olmadığını başa düşürlər.
«Tert.am» saytına danışan "Çarukyan" fraksiyasından olan iqtisadçı deputat Vardan Bostançıyan hökumətin Sevan, Qümrü, Cermuxun inkişaf proqramı haqqında dediklərini Bendirin utopiyası ilə müqayisə edir: « Ermənitstan hökuməti 25 ildən artıqdır ki, Nyu- Vasyuki tikməkdə iddialıdır. Belə ki, guya Sevan, Cermux və Gümrü planetin mərkəzi olacaq və dünyanın bütün əhalisi Ermənistana, bu yerləri görməyə, istirahət etməyə gələcək. Lakin, lap əvvəldən bu söhbət və müzakirələrin boş danışıqlardan başqa bir şey olmadığı sezilirdi. Reallıqda isə hər şey göz önündədir». Erməni deputata görə, investisiyalar ilə bağlı seçkiqabağı vədlər verən hökumətin dedikləri reallıq kimi görünmür: «Mən belə başa düşürəm ki, investisiyalar daha çox zəmanət olan yerlərə qoyulur. Lakin mən əminliklə deyə bilərəm ki, Ermənistanda bunun üçün sadəcə nə şərait, nə də dövlətin verə biləcəyi zəmanət yoxdur».

« Ermənitstan hökuməti 25 ildən artıqdır ki, Nyu-Vasyuki tikməkdə iddialıdır. Belə ki, guya Sevan, Cermux və Gümrü planetin mərkəzi olacaq və dünyanın bütün əhalisi Ermənistana, bu yerləri görməyə, istirahət etməyə gələcək. Lakin, lap əvvəldən bu söhbət və müzakirələrin boş danışıqlardan başqa bir şey olmadığı sezilirdi. Reallıqda isə hər şey göz önündədir».

Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə qoymaqda çəkinirlər. Dövlət rəsmlərinin vədlərinə inanaraq onların toruna düşən erməni mənşəli xarici iş adamları da Ermənistanda qarşılaşdıqları korrupsiya hallarından, hərc-mərclikdən cana doyaraq çoxdan bu ölkəni tərk ediblər. Sevan, Qümrü, Cermuxun inkişaf proqramı barədə danışan yerli hökumət niyə xarici və yerli sərmayədarların məhz onlara olan inamsızlıq üzündən bu ölkəni tərk etdiklərini etiraf etmək istəmirlər?
Ölkənin gələcək inkişafından danışan hökumət hələ də investisiyanın yoxluğu üzündən Ermənistan iqtisadiyyatının tənəzzülə uğramaqda olduğuna inanmaq istəmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
05.10.2017
Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”
04.10.2017
“Beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info