ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər
Tarix: 08.08.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Avropanın qaz bazarında qeyri-müəyyənliyi artırır. Bununla da təbii qaz təchizatının pozulması riski artacaq, enerji qiymətlərinin artımı üçün şərait yaranacaq”. “APA-Economics” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin ekspertləri məlumat yayıb.
“ABŞ Rusiyadan Avropaya qaz nəqlini dayandıra bilərmi?” mövzusunda araşdırma aparan ekspertlərin fikrincə, sanksiyaların tətbiqi yeni qaz kəmərlərinin quraşdırılması işini çətinləşdirir, mövcud kəmərlərin isə saxlanılmasına maneə yaradır. Bununla yanaşı, mütəxəssislər rəsmi Vaşinqton tərəfindən Rusiyaya yeni sanksiyaların tətbiqinin Ukraynadan tranzit yolla keçən qaz kəmərlərinin saxlanmasında da problemlər yaradacağını düşünür. Analitiklər hesab edirlər ki, bütün bu amillər nəticə etibarilə Avropaya qaz nəqlinin müvəqqəti də olsa dayandırılmasına səbəb ola bilər. Agentliyin analitikləri belə bir nəticəyə gəlirlər ki, 2019-cu ildə yeni qaz kəmərlərinin tikintisi başa çatmasa, hər şey Ukraynadan asılı olacaq. Belə ki, Ukrayna vasitəsilə Rusiya qazının Avropaya nəqli ilə bağlı razılaşmanın vaxtının uzadılmasına ehtiyac yaranacaq. “Sözügedən ölkələr arasında bu məsələ ilə bağlı danışıqlar heç də həmişə asan olmayıb, lakin münasibətlərin pisləşməsini nəzərə alsaq, zamanla Avropaya qaz nəqlinin tamamilə dayandırılacağını demək olar”, - deyə analitiklər qeyd edirlər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır
16.10.2019
Rusiya 20 ermənini ölkədən qovdu
16.10.2019
Bu gün ermənilər özlərinə sual verirlər: “İnqilab etməyə dəyərdimi?”
16.10.2019
Çavuşoğlu: “Türkiyə ilə sərhəddə terror dövləti yaratmaq istəyirdilər, biz bu oyunu pozduq”
16.10.2019
Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info