Afrikadakı əhali artımı Qərb ölkələrini narahat edir
Tarix: 09.08.2017 | Saat: 15:06:00 | E-mail | Çapa göndər
Hər şeydən əvvəl qeyd edək ki, elmi mənbələrdə insan bioenergetik varlıq kimi kainatın ayrılmaz hissəsi olaraq təqdim edilir. Məhz elə buna görə də, dünyanın əşrəfi olan insan təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir. Lakin son dövrlər bu ali varlığın artımına qarşı sipər çəkməyə çalışanlar, uşaq doğumuna etiraz edənlərin sayı artmaqdadır. Onların fikirləri müxtəlifliyi ilə haçalansa da, əsas kimi daha çox dünyada ərzaq çatışmazlığını önə çəkərək, bunun gələcəkdə böyük fəsadlara yol aça biləcəyi ilə əlaqələndirirlər. Fransanın «Slate.fr» saytında yer alan bu yazıda dediklərimiz bütünlüklə yer almasa da, oxuculur üçün maraq kəsb edə bilər. Yazıda deyilir: «Dünyanın, demək olar ki, bütün bölgələrində doğum nisbətinin aşağı düşməsinə baxmayaraq, Afrika qitəsində bu göstərici stabil olaraq qalır. Qeyd edilməlidir ki, bu qitədə hər qadın orta şesabla 4,7 uşaq dünyaya gətirir. Təbii ki, bu göstərici beynəlxalq ictimaiyyət tərəfindən o qədər də təqdir olunmamaqla yanaşı, gələcək üçün böyük uğursuzluq kimi dəyərləndirilir.

Birləşmiş Millətlər Təşkilatının son məlumatına görə, bu ilin iyun ayının sonunda dünya əhalisi artaraq 7,55 milyard nəfərə çatıb. Bildirilməlidir ki, 1,3 milyardlıq əhali sayına görə, Afrika qitəsi təkcə 4,5 milyardlıq Asiya qitəsindən geri qalır. Bununla yanaşı, artıq dünyada əhali artımının aşağı düşməsinə baxmayaraq, bunu Afrika qitəsinə aid etmək mümkün deyil. Belə ki, cari proqnozlara görə, yaxın illərdə Afrika əhalisinin sayı 3 milyard, 2050-ci ilə qədər 4,5 milyard olacaq, 2100-cü ilə qədər isə dünya əhalisinin 40 faizindən artığını təşkil edəcək. Beləliklə, 1950-2050-ci illər arasında Afrikanın əhalisi 11 dəfə artacaq. Latın Amerikası ölkələri üçün bu artım 4,6 dəfə göstərilib. Bütün bunlar dünyanın digər bölgələrində həyəcanla müşahidə edilməkdir.
Xatırladaq ki, ötən ayın əvvəllərində Almaniyanın Hamburq şəhərində «G20»-nin zirvə toplantısında Fransa prezidenti Emmanuel Makronun bu məsələ ilə bağlı narahatlıq nümayiş etdirməsi afrikalılar tərəfindən küskün reaksiya ilə qarşılanıb. Belə ki, afrikalı jurnalistin «Afrika üçün Marshall Planı»na ehtiyac olub-olmadığı barədə sualını Fransa lideri belə cavablandırıb: «Bu gün Afrika qitəsində artım bəlkə də, tərəqqi xarakteri daşıyır. Əgər bu gün burada hər bir qadın 7-8 uşaq dünyaya gətirirsə, buraya milyardlar sərf edilməlidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
05.10.2017
Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”
04.10.2017
“Beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info