Tovuzda tütün əkini və fındıq bağlarının sahələri artırılıb
Tarix: 09.08.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər
Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Tovuz Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib.
Qeyd edib ki, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi Tovuz rayonunda da bu istiqamətdə ciddi irəliləyişlərə səbəb olub. Ötən ildən etibarən rayonda tütünçülük yenidən inkişaf etdirilir. 2016-cı ildə cəmi 20 hektar sahədə tütün əkilmişdisə, bu il əkin sahələri 2,5 dəfə artırılaraq 50 hektara çatdırılıb. Rayonun 28 yaşayış məntəqəsi tütünçülüklə məşğul olur. Bu il sahələrdən 100 ton quru tütün götürmək nəzərdə tutulub. Hazırda tütün yarpağının yığımına başlanılıb və 1250 kiloqram quru tütün tədarük məntəqəsinə təhvil verilib.
Bildirilib ki, keçən ildən rayonda baramaçılıq da inkişaf etdirilir. Belə ki, ötən il 1560 kiloqram barama istehsal edən kümçülər cari ildə bu rəqəmi 6 min 870 kiloqrama çatdırıblar. Rayonun 28 yaşayış məntəqəsində 69 kümçü ailəsi baramaçılıqla məşğul olub və qısa müddətdə hər ailə orta hesabla 896 manat gəlir əldə edib. Baramaçılığın daha da inkişaf etdirilməsi, yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonda 12 mindən çox tut tingi əkilib.
Qeyd olunub ki, rayonda son illər bağçılığın inkişafına da diqqət artırılıb. Əvvəllər 35,5 hektar fındıq bağı var idisə, hazırda fermerlər tərəfindən daha 60 hektar bağ salınıb.
Rayonda kənd təsərrüfatının digər sahələri də diqqətdən kənarda qalmayıb. Cari ildə 410 hektar sahədə şəkər çuğunduru, 30 min hektardan artıq sahədə taxıl, 7 min hektara yaxın sahədə kartof becərilib.
Vurğulanıb ki, respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr Tovuz rayonunda uğurla yerinə yetiriləcək, bu işə özəl sektor, fermerlər, kəndli təsərrüfatları cəlb olunacaq və kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı təmin ediləcək.
Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat veriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Prezident Türkiyəyə səfərə gedib
12.12.2017
Azərbaycan dövlətçiliyinin xilaskarı
12.12.2017
Müstəqil Azərbaycanın memarı
12.12.2017
Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib
12.12.2017
 “Görkəmli dövlət xadimi Heydər Əliyev Vyetnama böyük diqqət göstərib”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7907

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info