Ramilin atası: “Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”
Tarix: 10.08.2017 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Raminl Sabir oğlu yaralanıb.
Raminin atası Sabir Yusifov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.
O qeyd edib ki, erməni hərbçiləri dinc sakinləri, xüsusilə uşaqları hədəfə alırlar: “Onların məqsədi bizi doğma torpağımızdan didərgin etməkdir. Ancaq bu mənfur məqsədlərinə çatmayacaqlar. Çünki bizi Azərbaycan Ordusu qoruyur. Onlar Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkindikləri üçün, kəndi atəşə tuturlar. Lakin ordumuz cavablarını layiqincə verir”, - deyə Ramilin atası bildirib.
Ermənilərin atəşkəsi tez-tez pozması kənd sakinlərinin təsərrüfat işlərini görmələrinə də mane olur. Hətta sakinlərin evlərinə, mal-qaralarına da ziyan dəyir. Sabir Yusifov beynəlxalq təşkilatları buna göz yummamağa çağırıb. “Bir ay əvvəl, iyulun 4-də ermənilər Füzuli rayonunun Alxanlı kəndini də ağır silahlardan məqsədli şəkildə atəşə tutmuşdu. Nəticədə 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişdi. Digər sakin, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. Bu dəfə isə mənim oğlum hədəf oldu. Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”, - deyə Sabir Yusifov haqlı iradını bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
18.07.2018
Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9650

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info