“Jara-2017” Rusiyanın Birinci kanalında yayımlanacaq
Tarix: 10.08.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər
Avqustun 11-də Rusiyanın Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” festivalının birinci gününün konserti nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat festivalın “facebook” səhifəsində yer alıb.
Xatırladaq ki, “Jara-2017” festivalı iyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçirilib. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.
Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdikləri bu festival yayın ən qaynar hadisəsi olub.
Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)
20.10.2017
“Azərenerji”də “Energetiklər günü” qeyd edilib
20.10.2017
2018-ci ildə Azərbaycanda iqtisadi artım olacaq
20.10.2017
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü işə başlayıb
20.10.2017
“Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük maraq var”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info