Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti uğursuzluqla nəticələnir
Tarix: 10.08.2017 | Saat: 19:36:00 | E-mail | Çapa göndər
“E rmənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir”.
Bunu AZƏRTAC -a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Y.Aydəmirov deyib: “Erməni mətbuatı, guya, azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır. Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil”.
Ekspert qeyd edib ki, ermənilərin şişirdərək, guya, yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır. Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər ancaq vəziyyətə bələd olmayan, daim aldadılan erməni əhalisi üçün keçərli ola bilər və bununla onlar özlərini təmizə çıxarmaq məqsədini güdürlər.
Dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətlə bağlı iddia edilən, guya, “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyi”nə ünvanladığı “məktub”dur.
Bu saxta “məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız parçasıdır.
Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı ordudakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır.




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Forum gənclər üçün yaxşı platformadır”
21.08.2017
“Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək”
18.08.2017
“Türk axını” qaz boru kəmərinin 19 faizi tikilib
18.08.2017
“Azərbaycanın mədəniyyətini çox bəyəndim”
18.08.2017
“Skautların Bakı konfransı çox məhsuldar keçdi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info