“Yaponiya Şimali Koreyanın təxribatının qarşısını almağa hazırdır”
Tarix: 10.08.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Şimali Koreya Quam adasında yerləşən ABŞ hərbi bazaları istiqamətində ballistik raket buraxsa Yaponiya özünümüdafiə qüvvələri həmin raketləri tutmağa hazırdır.
TASS agentliyinin xəbərinə görə, bunu Yaponiyanın müdafiə naziri İtsunori Onodera bəyan edib. Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqa isə ölkəsinin Şimali Koreyanın təxribatının qarşısını almağa hazır olduğunu vurğulayıb: “Aydındır ki, rəsmi Pxenyanın hərəkətləri həm bizim, həm də beynəlxalq aləmin təhlükəsizliyinə qarşı yönəlib. Biz bunu tamamilə qəbuledilməz sayırıq”.
Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus hərbi bazalar istiqamətində zərbələr endirməyi planlaşdırır. Hərbi plan dörd “Xvason-14” orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Bununla rəsmi Pxenyan ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona siqnal ötürmək niyyətindədir.




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info