ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib
Tarix: 10.08.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib. ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə ölkənin sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves daxil olmaqla, 6 Konstitusiya Assambleyasının üzvünün adını daxil edib.
Bundan əlavə siyahıya daha iki nəfər - Milli Qvardiyanın komandiri Umberto Luqo Armas və Venesuela Milli Seçki Şurasının üzvü Tanya D’Amelionun adları daxil edilib. Adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.02.2018
Türkiyə prezidenti ABŞ-a meydan oxudu
23.02.2018
ABŞ-da Xocalı soyqırımının baiskarları-erməni vəhşilikləri pisləndi
23.02.2018
İspaniyada on minlərlə təqaüdçü mitinq keçirir
22.02.2018
Suriyada yeni “atəşkəs oyunu”
22.02.2018
Tramp: “Müəllimlərə silah verilsin”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8490

1 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
2 Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
3 “İnfeksion xəstəliklər qarşısı daha asanlıqla alınan və müalicə olunandır, amma ...”
4 İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
5 Yeni zellandiyalı “Formula 1” həvəskarı öz ölkəsində “Bakı” kafesi açıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info