“Erməni hərbçiləri uşaq qatilləridir”
Tarix: 11.08.2017 | Saat: 11:17:00 | E-mail | Çapa göndər
Şanlı ordumuz qarşısında dizləri əsən erməni hərbçilərinin gücü ancaq dinc sakinlərə, uşaqlara qarşı cinayətlər törətməyə çatır. Bu günlərdə onlar Tovuzda 13 yaşlı Ramin Yusifovu yaraladılar. Belə hadisələr dəfələrlə baş verib - Füzulidə 2 yaşlı Zəhra balamızın başına gətirilən müsibət, ondan əvvəl erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlov...
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xaçmaz sakini Elmar Yusifov Tovuzun Qaralar kənd sakini 13 yaşlı Ramin Yusifovun erməni silahlıları tərəfindən açılan atəşlə yaralanmasına münasibət bildirərkən söyləyib.
E.Yusifov bildirib ki, bu, nə birinci, nə də sonuncu hadisədir: “Erməni hərbçiləri uşaq qatilləridir. Təkcə Xocalı faciəsini xatırlamaq kifayətdir ki, onların uşaqları, yaşlıları, qadınları necə işgəncələrlə öldürdüyünü görək. Mən ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba soyqırımı məzarlığında dəfələrlə olmuşam. Orada da kütləvi məhv edilənlər arasında uşaqlar, qadınlar çoxdur. Erməni millətçiləri əllərinə düşən hər imkanda dinc azərbaycanlıları öldürməyə çalışırlar. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu barbarlığa lazımi qiymət vermir. Amma əmin olduğum bir məqam var. Bu körpələrin qisası tezliklə alınacaq. Ordumuz aprel döyüşlərində öz gücünü göstərdi. Ermənilər də yaxşı bilir ki, növbəti belə bir həmlə ilə bütün Qarabağımızı onlardan azad edəcəyik!”




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ukrayna prokurorluğu Saakaşvilinin ilə bağlı apelyasiya şikayəti verəcək
12.12.2017
Ermənistanın dövlət borcu 6 milyard 404 milyonu ötüb
12.12.2017
Erməni əsgəri öz yoldaşını öldürüb
12.12.2017
Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb
12.12.2017
Moskvada Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım tədbiri keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info