Bərəmum arı ailəsi üçün mühüm rol oynayır
Tarix: 11.08.2017 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Arılar ağaclardan gətirdikləri yapışqan və qətranabənzər maddəni həzm şirələri ilə işləyib bir qədər bal və mum qataraq propolis, başqa sözlə, bərəmum adlanan məhsul hazırlayır və öz yuvalarını, yeşiyin içərisini mikrob, virus və göbələklərdən qorumaq üçün ondan istifadə edirlər. Yuvanı təmiz saxlamaq üçün arılar ayaqlarını onunla silirlər. Arılar pətəkləri yapışdırmaq üçün propolisi yeşiyin giriş yerinə, deşik və künclərinə yığırlar.
AZƏRTAC xəbər verir ki, “propolis” yunan sözü olub "şəhərin qalası" mənasını verir, tünd yaşıl və sarı qəhvəyi rəngi olan acıtəhər dadlı və gözəl ətirli maddədir. Qala şəhəri qoruduğu kimi, bərəmum da arı ailəsini bakteriya və göbələklərin, müxtəlif ekoloji faktorların təsirindən qoruyur. Propolis 40-dan çox xəstəliyin müalicəsində istifadə olunur, kapilyar sisteminə təsir edərək onu möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, damargenişləndirici və hipotenziv təsir göstərir.
Bərəmumun bizim eradan neçə min il əvvəldən müalicəvi əhəmiyyətə malik olduğu qədim Misirdə məlum idi. Ondan xəstəliklərdən çox güclü qorunma vasitəsi kimi, geniş fəaliyyət dairəsinə malik təbii antibiotikdir. Bərəmumun həmin keyfiyyətinə görə ondan soyuqdəymə, yara-xoralar, yanıqlar, donvurmalarda və s. istifadə olunur.
Bərəmum təkcə müalicə etmir, həm də orqanizmi cavan və gümrah saxlayır, vaxtsız qocalmanın qarşısını alır. Bu sahədə antioksidant, propolis qəbulu çox mühüm rol oynayır. O, qəbul edilən digər antioksidantlardan altı dəfə güclüdür. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, mədə-bağırsaq sisteminə düşən bərəmum oradakı mikrofloranı balanslaşdırır, patogen bakteriyaları məhv etsə də, faydalı mikroorqanizmlərə müsbət təsir göstərir. Göbələk, kariyes əleyhinə və şüalanmaya qarşı da bərəmum səmərəli vasitə sayılır. Onun ağrıkəsici gücü novokaindən 5,2, kokaindən 3,5 dəfə çoxdur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info