İçərişəhərdə 80-ə yaxın binanın qəzalılıq vəziyyəti aradan qaldırılıb
Tarix: 11.08.2017 | Saat: 12:51:00 | E-mail | Çapa göndər
2017-ci il avqustun 10-da bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin bir qrup sakini tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubun mətni dərc edilib. Məktubda İçərişəhər, 2-ci Kiçik Qala döngəsi, ev 8 ünvanında yerləşən binada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin icazəsi ilə təhlükəli tikinti işlərinin aparıldığı və nəticədə ətrafdakı binalara zərər vurulması barədə həqiqətə uyğun olmayan, qeyri-dəqiq informasiya qeyd edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələyə aydınlıq gətirib. İdarədən AZƏRTAC-a bildiriblər ki,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir, idarə tərəfindən qəzalı binaların davamlı monitorinqi aparılır. Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etməyə və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır. Bildirilib ki, son bir neçə il ərzində İçərişəhərdə 80-ə yaxın qəzalı vəziyyətdə olan binanın qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb.
Sözügedən 2-ci Kiçik Qala döngəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binada da idarə dəfələrlə monitorinqlər aparıb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın damındakı yüngül konstruksiyadan ibarət olan mansardın mövcud layihəyə, tikinti norma və qaydalarına, eləcə də standartlara uyğunluğu barədə rəsmi rəy təqdim olunub (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2 iyun 2017-ci il tarixli 23698 saylı Rəyi). Həmin Rəy binada yüngül konstruksiyalı mansardın heç bir təhlükə yaratmadığını təsdiq edən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəddir.
Bu barədə müvafiq məlumatlar idarə tərəfindən sorğulara cavab olaraq məktubla müraciət etmiş sakinlərə dəfələrlə rəsmi olaraq çatdırılıb.
Bildirilib ki, məktubda imzaları qeyd edilmiş sakinlərin əksəriyyəti idarəyə rəsmi müraciət edərək müraciətdə yazılanlardan tam xəbərsiz olduqlarını və məsələ ilə əlaqədar idarəyə qarşı iradlarının olmadıqlarını söyləyiblər.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən daimi diqqət və qayğı nəticəsində idarə hər zaman olduğu kimi, tarix və mədəniyyətimizin zərif incisi olan İçərişəhərin qorunması, dünyada təbliği və inkişaf etdirilməsi üçün addımlar atmaqdadır. Bu isə məhz dövlət rəhbərliyinin İçərişəhərin mühafizəsi və restavrasiyasının beynəlxalq səviyyədə təşkili, zəngin milli-mədəni və tarixi-memarlıq irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasəti nəticəsində mümkündür.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha İçərişəhərə olan diqqətə görə bütün kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirərək, gələcəkdə qoruq barəsində yalnız yoxlanılmış məlumatların dərc ediləcəyinə əmin olduğunu bildirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.08.2017
Bugünkü hərracda 11 dövlət əmlakı özəlləşdirilib
22.08.2017
Qobustanda orta məktəb binası tikilir
22.08.2017
Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir
22.08.2017
Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb
22.08.2017
İxracatçılarımız EXPOALIMENTARIA sərgisinə dəvət alıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info