17 qalibin layihəsi maliyyələşdiriləcək
Tarix: 11.08.2017 | Saat: 12:52:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübələrdə iştirakı əhatə edən və 2017-ci ildə elan edilən 8-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqə müddətində fond qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olan 25 layihə elmi ekspertiza mərhələsinə buraxılıb. Müsabiqəyə layihələr alimlər tərəfindən bu dəfə online şəkildə, fondun innovativ texnologiyası olan və “ASAN” imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.
Nəticələr Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 92 min manat olan 17 qalib layihə müəyyənləşdirilib.
Səkkizinci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən səkkizi xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə, doqquzu isə xaricdə elmi tədbirdə iştirakla bağlı layihələrdir. Qaliblərdən səkkizi qadındır.
Qaliblər AMEA-nın Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Zoologiya, Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarını, həmçinin Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasını, Qobustan Milli Tarix-Bədii Qoruğunu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu təmsil edirlər.
Fizika-riyaziyyat və texnika elmləri üzrə üç, kimya elmləri üzrə bir, yer haqqında elmlər üzrə beş, biologiya, tibb və aqrar elmləri üzrə altı, humanitar və ictimai elmlər üzrə isə iki layihə qalib olub.
Səkkizinci “Mobillik qrantı”nın qalibləri Türkiyə, Koreya, Gürcüstan, Polşa, Rusiya, Almaniya, Yunanıstan, Fransa və İspaniyada elmi tədbirlərdə və qısamüddətli təcrübələrdə iştirak edəcəklər.
“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçmələrini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq, ölkəmizin elmi kadr potensialını daha da gücləndirməkdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Donald Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yeri tutdu
19.02.2018
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında veriliş
19.02.2018
20 Yanvar əlillərinin prezident təqaüdü 10 faiz artırılıb
19.02.2018
Müharibə əlillərinə verilən prezident təqaüdü artırılıb
19.02.2018
Seçici siyahıları martın 3-dək hazır olacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8440

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info