Yəməndə vəba xəstəliyi sürətlə yayılır
Tarix: 11.08.2017 | Saat: 12:54:00 | E-mail | Çapa göndər
BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Yəməndə vəba epidemiyası ilə bağlı vəziyyətin ağırlaşdığını bildirib. İnfeksiya ölkənin 22 əyalətinin 21-də sürətlə yayılmağa davam edir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, bütün ölkə üzrə artıq 480 min insan bu xəstəliyə yoluxub. Vəbadan təxminən 2 min ölüm halının qeyd olunduğu bildirilir.
Düjarrikin məlumatına əsasən, keçən həftə BMT-nin təyyarələri ölkənin paytaxtı Səna şəhərinə dərman preparatları və humanitar yardım çatdırmağa başlayıb.
Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.
Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Xətai rayonu Yaponiya ilə əlaqələrini genişləndirir
11.12.2017
Parisdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 
08.12.2017
“Brexit” danışıqlarının ilk mərhələsi yekunlaşıb
08.12.2017
“Əl-Qaidə” ABŞ-ı hədələyib
08.12.2017
Rusiyadan yeni hərbi plan: Tartusda atom sualtı qayıqları lövbər salacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info