Uşaqlar oftalmoloji müayinələrdən keçirilib
Tarix: 11.08.2017 | Saat: 13:21:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Masallı şəhərlərində, eləcə də Bakı şəhərinin Sağan qəsəbəsində oftalmoloji müayinələr keçirilib.
Bu dəfəki müayinələr uşaq evlərindəki və sağlamlıq imkanları məhdud şəxslər üçün sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.
200-dən çox uşaq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, Mərkəzin Gəncə və Masallı şəhərlərindəki regional şöbələrinin peşəkar həkim briqadası tərəfindən ödənişsiz qaydada qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib, 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub.
Müalicəsi qısa müddətdə mümkün olmayan və əməliyyata ehtiyacı olan xəstələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.
Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
Qobustanda artezian quyuları istifadəyə verilib
23.10.2017
QHT jurnalistlər arasında müsabiqə elan edib
23.10.2017
Şəkərli diabetlə mübarizədə fərqlənən şəxslər üçün mükafat təsis edilib
23.10.2017
“Media Məktəbi- 3” başlayır
23.10.2017
Çənlibel kənd xəstəxanası əsaslı təmir olunub

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info