İsmayıllıda turizm sənayesinin inkişafı müzakirə edilib
Tarix: 11.08.2017 | Saat: 13:37:00 | E-mail | Çapa göndər
Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyi İsmayıllıda rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı “dəyirmi masa” keçirib.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbiri İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva açıb. Bildirib ki, Azərbaycan mövcud imkan və potensialdan səmərəli istifadə edilməklə bu gün regionda cəlbedici turizm məkanlarından birinə çevrilməkdədir. Mövcud turizm ehtiyatlarından tam, həm də səmərəli istifadə hazırda ümdə məsələlərdəndir.
“Dəyirmi masa”da çıxış edən İctimai Birliyin rəhbəri Çingiz Gülalıyev layihənin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb olunması və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir.
Tədbirdə rayonda bu istiqamətlərdə görülən işlər təhlil olunub, təkliflər səsləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Şəmkir Aqroparkı” bölgənin ixrac imkanlarını genişləndirəcək
21.08.2017
Zaqatalanın fındıq bağlarından 9 min tonadək məhsul gözlənilir
18.08.2017
Naxçıvan sakinlərinə səyyar xidmət göstərilib
18.08.2017
Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
17.08.2017
Xaçmazda modul tipli məktəb binaları quraşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info