Kəngərlidə suvarma şəbəkəsi tikilir
Tarix: 11.08.2017 | Saat: 13:41:00 | E-mail | Çapa göndər
Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və sudan itkisiz istifadə diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. İyul ayında muxtar respublikanın rayonlarında 12 kilometr magistral kanal, 42 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 7 kilometr yeni suvarma boru xətti çəkilib, 6 kilometr içməli su xətti təmir edilib.
Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 7290 metr suvarma boru xətti çəkilib.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 9 subartezian quyusunda yeni nasos quraşdırılıb, 6 kəhrizdə təmir-bərpa işləri aparılıb. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 4500 metr su və 2200 metr kanalizasiya xətti çəkilib, Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Şəmkir Aqroparkı” bölgənin ixrac imkanlarını genişləndirəcək
21.08.2017
Zaqatalanın fındıq bağlarından 9 min tonadək məhsul gözlənilir
18.08.2017
Naxçıvan sakinlərinə səyyar xidmət göstərilib
18.08.2017
Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
17.08.2017
Xaçmazda modul tipli məktəb binaları quraşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info