Yevlaxda barama istehsalı 13 min 500 kiloqrama çatdırılacaq
Tarix: 11.08.2017 | Saat: 14:46:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Yevlax rayonunda da müzakirə edilib.
Fermerlərin, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bu il rayonda baramaçılıq, pambıqçılıq və fındıqçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 2017-ci ildə 2168 hektar sahədə pambıq əkilib. Bu sahənin inkişafına göstərilən diqqətdən ruhlanan fermerlər gələcəkdə pambıq əkinlərini daha da artırmağı düşünürlər.
Diqqətə çatdırılıb ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə 2016-cı ildə rayonda 92 min ədəd çəkil tingi əkilib. Bu il rayonda 5590 kiloqram barama istehsal edilib. Gələn il isə barama istehsalının 13 min 500 kiloqrama çatdırılması nəzərdə tutulur. Yevlax rayonunda bu il, həmçinin 19 hektar sahədə fındıq bağı da salınıb.
Müşavirədə rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, bununla bağlı fermerlərin təklifləri dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“Ölkəmiz “Expo-2025”-in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”
12.12.2017
Biləsuvarda ümummilli liderin xatirəsi yad edilib
12.12.2017
Şimal bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb
12.12.2017
Naxçıvanda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info