Gəncədə pensiya təminatı sahəsindəki dəyişikliklərlə bağlı seminar-müşavirə keçirilib
Tarix: 11.08.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib. Tədbirdə DSMF-nin Gəncə şəhər Kəpəz və Nizami, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon (şəhər) şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə məqsəd “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” müvafiq fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli fərmanının icrası ilə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarına müvafiq tapşırıq və izahatların verilməsi olub.
Seminar-müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, bu islahatın ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmillləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbirdə pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının qarşısında duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər diqqətə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Elmi Bərpa Mərkəzinin əməkdaşları təltif olunub
11.12.2017
Ağsaqqallar Şurasının nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
11.12.2017
“Əlillərin işlə təminində biz cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik”
11.12.2017
Əlillərin məşğulluğunun təmin edilməsinə dair layihəyə start verilib
11.12.2017
Səlim Müslümov: “Bu il 538 fiziki qüsurlu uşaq doğulub“

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info