“Petkim”in xalis mənfəəti 74 faiz artıb
Tarix: 11.08.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


SOCAR-ın “Petkim” neft-kimya holdinqi bu ilin yanvar-iyun aylarında 655 milyon türk lirəsi xalis mənfəət əldə edib.
Bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir. “Petkim” cari ilin ikinci rübündə 304 milyon lirə gəlir əldə edib. Yanvar-iyun aylarında şirkətin ümumi qazancı əvvəlki eyni dövrü ilə müqayisədə 110 faiz artaraq 906 milyon lirə olub. Bu dövrdə şirkətin satışları 2,3 milyard lirədən 3,6 milyard lirəyə yüksəlib.
“Petkim”in bu ilin ilk yarısında ümumi tutumdan istifadə nisbəti 96 faizə çatıb. Yarım ildə şirkətin xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq 655 milyon lirə təşkil edib.
Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb
21.06.2018
Meyvə-tərəvəz ixracı 19 faiz artıb
21.06.2018
14 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
21.06.2018
Azərbaycan nefti bahalaşmaqda davam edir
21.06.2018
Yanvar-may aylarında dəmir yolu ilə 1 milyondan çox sərnişin daşınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info