“Bakcell Ulduzum” abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim
Tarix: 11.08.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “Qatar Airways” şirkəti ilə əldə etdiyi razılığa əsasən “Bakcell Ulduzum” istifadəçilərinə aviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.
“Ulduzum” abunəçiləri “www.qatarairways.com” internet səhifəsindən bilet alarkən 10% endirimdən yararlana biləcəklər. Endirimi əldə etmək üçün “Bakcell” abunəçiləri bileti almazdan öncə “QA” yazıb 5555 qısa nömrəsinə göndərməlidirlər. Daha sonra mesaj vasitəsilə əldə olunan kodu https://www.qatarairways.com/en-az/offers/cug/ulduzum.html səhifəsindəki “Promo Code” pəncərəsinə daxil etmək lazımdır. Qeyd edək ki, 10% endirim biletin baza qiymətinə şamil olunur.
Kampaniyanı 07.08.2017-07.11.2017 tarixlərini əhatə edir və bu müddət ərzində əldə edilən səyahət biletləri 07.08.2017-31.12.2017 tarixlərində keçərlidir. Həmin ərəfədə “Qatar Airways” tərəfindən daxili endirimli kampaniyalar olduqda isə “Ulduzum” istifadəçiləri mövcud endirim faizinə əlavə olaraq 5% endirim qazanacaqlar.
2.5 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
“Ulduzum” proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) “www.ulduzum.az” saytından yükləmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2017
Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat başladı
22.08.2017
Xüsusi qabiliyyət tələb edən ixtisaslara 199 yer boş qalıb
22.08.2017
Qobustanda transformatorlar yenilənir
21.08.2017
Kənd təsərrüfatı məhsuldarlığın artımı hesabına inkişaf etməlidir
21.08.2017
Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7161

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info