27 amerikalı tələbə türk dilini öyrənib
Tarix: 11.08.2017 | Saat: 17:29:00 | E-mail | Çapa göndər
Avqustun 11-də Azərbaycan Dillər Universitetində (ADU) “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Mərasimdə çıxış edən rektor, akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümidvar olduğunu deyib. O, ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlmələrində dəstəyi olan digər qurumlara minnətdarlığını bildirib. K.Abdulla vurğulayıb ki, universitet həmin tələbələrin türk dilini öyrənmək istəklərinin reallaşdırılması istiqamətində səylərini əsirgəmir. Türk dilini öyrənmək tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaqda, eyni zamanda, dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmindir. Bu gün müxtəlif mədəniyyətləri birləşdirən Azərbaycanda ayrı-ayrı dillərdə danışan insanların özlərini rahat hiss etmələri üçün böyük işlər görülür. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər buna əyani sübutdur.
K.Abdulla ölkəmizin artıq dünyada tanındığını vurğulayıb, multikultural və tolerant mühitin Azərbaycanda tarixən mövcudluğunu və hazırda dövlətimiz tərəfindən daha da inkişaf etdirildiyini söyləyib. Bakının amerikalı tələbələrin yaddaşlarında əbədi qalacağına inandığını deyən rektor şəhərimizin də onları unutmayacağını deyib. Bakıda onları gözləyən dostların olduqlarını söyləyən K.Abdulla amerikalı tələbələrə həyatlarında xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələrin türk dilini öyrənməklə yanaşı, ölkəmizin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazandıqlarını deyib. Proqram müddətində tələbələrin öz türk dili biliklərini daha da təkmilləşdirdiklərinə əminliyini bildirən Ə.Abdullayev onlara gələcək işlərində uğurlar arzulayıb.
ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Heidi Smit amerikalı tələbələrin türk dilini öyrənmələrində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Proqramın əhəmiyyətini vurğulayan H.Smit ünsiyyət qurmaq, özünü ifadə etmək, digər mədəniyyətləri araşdırmaq üçün dilin mühüm faktor olduğunu deyib. Proqramda iştirak etməyin üstünlüklərindən və yaratdığı imkanlardan danışan H.Smit amerikalı tələbələrin səfirlik, həmçinin digər təşkilatlarla əlaqə saxlayacaqlarına inandığını bildirib.
Proqramın uğurla başa çatdığını deyən Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktor Ketrin Bobbitt işin icrasında yardımçı olanlara təşəkkürlərini ifadə ediblər.
Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bölüşüblər.
Tədbirdə amerikalı tələbələrin Bakıda və bölgələrimizdə müxtəlif tarixi abidələrə ziyarətləri və dərs prosesi zamanı lentə aldıqları fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.
Sonda türk dilini öyrənən amerikalı tələbələrin ifasında türk dilində şeir və hekayələr səsləndiriblər, səhnəciklər göstəriblər, mahnı və rəqslər ifa ediblər.
Qeyd edək ki, iyunun 14-də başlayan “CLS Turkish” proqramı çərçivəsində 27 amerikalı tələbə səkkiz həftə ərzində
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Donald Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yeri tutdu
19.02.2018
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında veriliş
19.02.2018
20 Yanvar əlillərinin prezident təqaüdü 10 faiz artırılıb
19.02.2018
Müharibə əlillərinə verilən prezident təqaüdü artırılıb
19.02.2018
Seçici siyahıları martın 3-dək hazır olacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8440

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info