“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
Tarix: 11.08.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər
“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi
- Bu gün Topaz Premyer Liqada yeni mövsüm start götürür. Komandanız çempionata nə dərəcədə hazırdır?
- Avroliqa oyunlarına görə yeni mövsümün hazırlığına tez başlamışdıq. Daha sonra futbolçulara istirahət vermişdim. Çətin oyunlara çıxmışdılar. Artıq iki həftədir ki, sırf çempionata hazırlaşırıq. Hər şey qaydasındadır. Üç zədəli futbolçumuz var idi. Onlardan Kervens Belfort və Riçard Qadze artıq sıraya dönüb. Jozef Bum isə bugündən fərdi məşqlərə başlayacaq. Çempionata hazır olduğumuzu deyə bilərəm. Ancaq yəqin ki, ilk turlarda müəyyən çatışmazlıqlar olacaq.
- “Zirə” tarxində ilk dəfə Avropa Liqasında iştirak etdi. Turnirdə keçirdiyiniz 4 oyunun çempionata hazırlıq baxımından nə kimi faydası oldu?
- Təbii ki, rəsmi oyunlarla yoldaşlıq matçlarının fərqi böyükdür. Biz Avroliqada oynamasaydıq, yenə ölkə xaricində bir neçə yoxlama oyunu keçirəcəkdik. Ancaq Avroliqa oyunu tamam başqadır. Komandamız həm Avropa təcrübəsi qazandı, həm də çempionata daha hazırlıqlı olduq. Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı. Məncə, bunun bizə xeyri çox oldu. Yəqin ki, çempionatın gedişində bunu görəcəyik.
- Çempionatda ilk rəqibiniz “Səbail”dir. Yəqin ki, debütant komandanın oyununa o qədər də bələd deyilsiniz.
- “Səbail”ə bələd olmasaq da, baş məşqçiləri Samir Əliyevi yaxşı tanıyıram. Onun hansı futbol üslubuna üstünlük verdiyini bilirəm. Mən “Səbail”i zəif rəqib hesab etmirəm. Son yoldaşlıq oyunlarını izləmişəm. Hücum futbolu oynayırlar, sürətli əks hücumları var. Ən başlıcası “Səbail” futbolçuları çox istəklidir. Bu da rəqiblərə təhlükə olacaq.
- Bəs digər komandalardan nə gözləyirsiniz? Ümumiyyətlə, 8 komandalı çempionatdan rəqabət gözləmək olar?
- Təbii ki, yenə çempionluğa real namizəd “Qarabağ” və “Qəbələ”dir. Bu komandalar rəqiblərindən birbaş üstündür. Ancaq bu o demək deyil ki, digər klublar onlara rahat təslim olacaq. Məncə, bu il çempionat daha maraqlı olacaq. Daha mübarizəli oyunlar gözləyirəm. Düzdür, 8 komanda azdır. Ancaq bunun da üstünlüyü var. Yəni komandalar bir-biri ilə tez-tez qarşılaşır. Məsələn, 12 komanda olsa, “Qəbələ” ilə “Qarabağ” çempionatda iki dəfə qarşılaşarlar. Ancaq indiki halda bu komandalar 4 dəfə üz-üzə gəlir. Buna görə də mübarizəli oyunlar çox olur. Digər komandalara gəldikdə, “Sumqayıt”ın yaxşı fitbolçular aldığını görürük. Məncə, bu mövsüm də sona qədər avrokuboklar uğrunda mübarizə aparacaqlar. “Neftçi”nin son transferləri göstərdi ki, komanda bu mövsüm medallar uğrunda mübarizə aparacaq. Digər komandalarımıza da zəif demək olmaz.
- Yəqin “Zirə” də ən azından avrokuboklar üçün mubarizə aparacaq.
- Bəli, futbolçulara da demişəm ki, yenidən Avroliqada iştirak etmək istəyiriksə, çempionatda inamlı oynamalıyıq. Artıq biz Avroliqanı gördük. Müəyyən qədər təcrübə topladıq. Ancaq bu mövsüm avrokuboklar uğrunda mübarizə daha gərgin gedəcək. Yəni bizim üçün də asan olmayacaq.
- “Zirə”də transfer işlərini yekunlaşıb?
- Ümumən transfer işini bitirmişik. Demək olar ki, istədiyimiz mövqelərə futbolçular aldıq. Ancaq bir futbolçu da istəyirik. Hücumameyilli, komandaya güc qatan futbolçu olsun. Axtardığımız futbolçunu tapsaq, transfer edə bilərik. Ancaq hazırda elə bir futbolçu tapmamışıq.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
15.02.2018
“Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”
15.02.2018
“Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
14.02.2018
Buludxan Xəlilov: “Ədəbiyyat cəmiyyəti öz arxasınca aparmalıdır”
14.02.2018
“Meşələrdə yanğınların baş verməməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8440

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info