“Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə biganə yanaşır”
Tarix: 11.08.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
“Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb”


Ermənilər cəbhə xəttində təxribatçı və təcavüzkar əməllərini gündən-günə artırırlar. Növbəti olaraq ermənilər işğal altında olan Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində quru otlara od vurubləp. İşğalçılar Xocavənd rayonunun adsız yüksəkliklərində yanğın törədiblər. Alov Ağcabədi və Ağdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunub. Alov küləyin təsiri ilə geniş ərazilərə yayılıb.
Xatırladaq ki, ermənilər bir neçə gün əvvəl Ağdamın işğal olunan kəndlərində yanğın törətmişdilər. Elə həmin günlərdə Ermənistan hərbi hissələri Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ermənistan ordusunun bu kimi əməlləri yerli ictimaiyyət tərəfindən də etirazla qarşılanıb. Milli Məclisin deputatı Hikmət Babaoğlu da Ramil Yusibovun yaralanmasına münasibət bildirib. H.Babaoğlu qeyd edib ki, bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür. Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.
Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.

“Ermənistan dinc insanlara qarşı təxribatları davam etdirməkdədir”
“Ermənistan silahlı bölmələri cəbhəboyu kəndləri daim atəş altında saxlayır, əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur, dinc insanları, o cümlədən uşaqları, qadınları qətlə yetirir, yaralayırlar. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçı siyasətinə, erməni vandalizminə biganə yanaşır”. Bu fikirləri isə Ağdam rayon Qaradağlı kənd sakini Zəfər İmanov AZƏRTAC -a müsahibəsində deyib. Bildirib ki, bir neçə gün əvvəl Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində kənd sakini 13 yaşlı Ramil Yusibovun yaralanması məhz beynəlxalq ictimaiyyətin biganəliyinin nəticəsidir.
“2011-ci ildə Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən erməni snayperinin atəşi nəticəsində qətlə yetirildikdə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susdu. 2016-cı ilin aprel ayında Ermənistan silahlı bölmələrinin cəbhədə törətdikləri təxribatlar zamanı mülki əhaliyə məxsus yaşayış evləri, məktəblər, ictimai binalar dağıdıldı, dinc sakinlər həlak oldular, xəsarət aldılar. Düşmənin artilleriya atəşi nəticəsində mənim yaşadığım Qaradağlı kəndində də onlarla ev dağıdıldı. Lakin beynəlxalq təşkilatlar yenə də qəti mövqe nümayiş etdirmədi. Törətdiyi cinayətlərə görə cəzasız qalan Ermənistan isə dinc insanlara qarşı təxribatları davam etdirməkdədir. Biz, cəbhə bölgəsinin gəncləri dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ədalətli olmağa çağırır, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün təsirli tədbirlər görülməsini tələb edirik”, - deyə Z.İmanov bildirib.

“Erməni hərbçiləri uşaq qatilləridirlər”

Xaçmaz sakini Elmar Yusifovsa deyib ki, şanlı ordumuz qarşısında dizləri əsən erməni hərbçilərinin gücü ancaq dinc sakinlərə, uşaqlara qarşı cinayətlər törətməyə çatır: “Bu günlərdə onlar Tovuzda 13 yaşlı Ramil Yusifovu yaraladılar. Belə hadisələr dəfələrlə baş verib - Füzulidə 2 yaşlı Zəhra balamızın başına gətirilən müsibət, ondan əvvəl erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlov...”
E.Yusifov bildirib ki, bu, nə birinci, nə də sonuncu hadisədir: “Erməni hərbçiləri uşaq qatilləridirlər. Təkcə Xocalı faciəsini xatırlamaq kifayətdir ki, onların uşaqları, yaşlıları, qadınları necə işgəncələrlə öldürdüyünü görək. Mən ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımının sübutu olan Quba soyqırımı məzarlığında dəfələrlə olmuşam. Orada da kütləvi məhv edilənlər arasında uşaqlar, qadınlar çoxdur. Erməni millətçiləri əllərinə düşən hər imkanda dinc azərbaycanlıları öldürməyə çalışırlar. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu barbarlığa lazımi qiymət vermir. Amma əmin olduğum bir məqam var. Bu körpələrin qisası tezliklə alınacaq. Ordumuz aprel döyüşlərində öz gücünü göstərdi. Ermənilər də yaxşı bilir ki, növbəti belə bir həmlə ilə bütün Qarabağımızı onlardan azad edəcəyik!”

“Münaqişə tərəflərinin etimadın möhkəmlənməsi istiqamətində addım atmalarının vaxtı çatıb”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib ki, münaqişə tərəflərinin etimadın möhkəmlənməsi istiqamətində addım atmalarının vaxtı çatıb (APA). O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: “Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağıya endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”.
Riçard Hoqland ümid etdiyini bildirib ki, prezidentlərin növbəti görüşündə müəyyən addımların atıldığı elan ediləcək. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: “Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır”.
O, Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: “İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info