Papanın nümayəndəsi Moskvaya gedir
Tarix: 11.08.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl, qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin barədə dünya siyasətçiləri müxtəlif fikirlər səsləndirməkdədirlər. Rusiya rəhbərinin dahi siyasətçi, əsl dövlət rəhbəri olmasını iddia edənlərlə yanaşı, onun əieyhinə də miflər dolaşmaqdadır. İtaliyanın «Politiko» nəşrində dərc edilən yazıda Rusiyanın «döyüşkən» rəhbərinin Papa Françiskin simasında yeni dost tapdığı barədə məlumat verib.
Nəşrin məlumatına görə, avqustun 20-də kardinal Pyetro Parolin və Vatikanın dövlət katibi Rusiya prezidenti Vladimir Putin və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə görüşmək üçün Moskvaya səfər edəcək: ”Qeyd edilməlidir ki, bunu 2013-cü ildən bəri Vatikanla Rusiya arasındakı sıx münasibətlərin növbəti mərhələsi kimi də dəyərləndirmək olar. Xatırladaq ki, həmin il Vladimir Putinə açıq məktudla müraciət edən Papa Françisk ABŞ-ın Suriyaya qarşı etdiyi hərbi müdaxiləyə etiraz bildirmişdi. «İşıqlı Egidio» cəmiyyətinin qurucusu Andrea Rikkardinin dediyinə görə, Papa Françisk tərəfindən Putinə ünvanlanmış məktubda yer alan «Mən sizin üçün dua edəcəyəm» cümləsi Rusiya rəhbərini çox duyğulandırıb.
Məsələ burasındadır ki, Putin də Roma Papasının fikirlərinə yüksək dəyər verdi. Çünki həmin ərəfədə Kreml də ABŞ-ın Suriyadakı hərbi fəaliyyətinin ən sərt tənqidçilərindən biri idi”.
2015-ci ilin noyabrında Putinlə Papa Françiskin Vatikanda görüşləri oldu. «Putin üçün Vatikanla əlaqə qurmaq Rusiyanın Avropa ilə təzadlı əlaqələrinə diqqət çəkmək üçün böyük önəm kəsb edirdi». Bu, «Politiko» nəşrinin gəldiyi rəydir. Bununla yanaşı, bu, Kremlin təcriddən uzaqlığını və İtaliya ilə münasibətlərini davam etdirdiyini nümayiş etdimək üçün bir imkan idi: «Moskva ilə Roma Katolik Kilsəsi arasında bir əsrdən sonra yaxın əlaqələrin bərpa edilməsi kommunist ideologiyası və məcburi ateizmin artıq azalması anlamını yaratmış oldu. Rusiya Konstitusiyasında din azadlığı rəsmiləşib. Pravoslav kilsəsi istisna olmaqla, bəzi dini təriqətlərin təbliğinə hökumət tərəfindən maneələr olmur».
Bəzi müşahidəçilər kardinal Pyetro Parolinin bu səfərini Papanın Putinlə görüşünə zəmin hazırlığı kimi dəyərləndirsələr də, bir çoxu pravoslavlara olan müqavimətin çətinliyi üzündən buna inanmadıqlarını bildirirlər. Lakin bütün bunlara rəğmən, Vatikan saytlarından birində «Papanın ziyarəti «xristianları birləşdirmək» istəyi ilə harmoniya olacaq» kimi təqdim edilir
«Rusiyanın fəaliyyətinə önəm verən Yaxın Şərq xristianları Suriya prezidenti Bəşər Əsədə də dəstək verirlər” -yazan nəşrə görə, Putinlə Parolini arasındakı görüşdə bu mövzunun mühüm yer tutacağı istisna edilmir. Yaxın Şərq xristianlarının Rus Pravoslav Kilsəsi ilə yaxınlığını önə çəkən nəşr güman edir ki, bu ərazilərdə yaşayan xristianların hər hansı bir risk altına düşəcəyi təqdirdə Müqəddəs taxt onları qorumaq üçün rus kontingentinin xidmətindən yararlana bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info