Xarici ticarət əməliyyatlarında 1,8 milyard dollarlıq müsbət saldo yaranıb
Tarix: 11.08.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 522 mln. 054,35 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,93% azdır. Bu ilin yeddi ayı ərzində idxal əməliyyatları 4 mlrd. 369 mln. 692,31 min dollar olub ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 8,17% azdır. Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 152 mln. 362,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,03% azalıb.
Nəticədə 1 mlrd. 782 mln. 669,73 min dollar məbləğində müsbət saldo yaranıb.
Avtomobil idxalı artıb
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 4 468 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasına görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1589 ədəd avtomobil və ya 55,19% artıb.
Ölkəyə gətirilən avtomobillərin 111 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 791 ədədi, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 519 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 47 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.




 
Bölməyə aid digər xəbərlər
22.08.2017
Bugünkü hərracda 11 dövlət əmlakı özəlləşdirilib
22.08.2017
Qobustanda orta məktəb binası tikilir
22.08.2017
Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir
22.08.2017
Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb
22.08.2017
İxracatçılarımız EXPOALIMENTARIA sərgisinə dəvət alıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info