“Tütünçülük üzrə Dövlət Proqramının qəbul edilməsi bu sahənin inkişafını sürətləndirəcək”
Tarix: 11.08.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Bu istiqamətdə növbəti belə bir addım kimi Prezident İlham Əliyev tərəfindən tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramında ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər, məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər öz əksini tapıb.

“Dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır”
“Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək”. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: “Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək”.
Deputat qeyd edib ki, Dövlət Proqramında bu sahənin inkişafı üçün bütün amillər nəzərə alınıb - toxumların keyfiyyətinə nəzarət və fitosanitariya: "Bu onu göstərir ki, dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır. Burada, həmçinin tütün sənayesinin inkişafının sosial aspektləri də vacibdir. Bu gün daxili istehsal tələbatın 16-17 faizini təmin etmək gücündədir. Dövlət Proqramının icrası isə bu göstəricini 60-65 faiz, bəlkə də 70 faizədək artıra bilər”.
R.Quliyev əlavə edib ki, tütünün yetişdirilməsi üçün daha əlverişli ərazilər Azərbaycanın şimal-qərb rayonlarıdır: “Bu rayonlarda tütünçülüyün inkişafı üçün əlverişli iqlim şərtləri var. Bundan başqa, bu rayonlarda fermerlərin tütünçülük sahəsində müəyyən təcrübələri var. Bu sahənin inkişafı və məhsulun keyfiyyətinin artırılması üçün xarici mütəxəssislərə də ehtiyac var”.
"Avqustun 4-də dövlət başçımızın sədrliyi ilə Qaxda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına həsr olunmuş ümumrespublika müşavirəsi Azərbaycanda texniki bitkilərin yetişdirilməsi istiqamətində yeni bir mərhələdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkə başçısı müşavirədəki çıxışında yaxın keçmişə ekskursiya etməklə sovetlər dövründə Azərbaycanın kənd təsərrüfatında qazanılan uğurlar haqqında danışaraq gələcəkdə baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı vəzifələri və hədəfləri müəyyənləşdirib: "Əsas hədəf isə istehsal olunan məhsulun xammal şəklində yox, son hazır məhsul şəklində istehsal olunaraq bazara çıxarılması olub. Bu isə ölkədə yüngül və yeyinti sənayesinin sürətli inkişafına gətirib çıxaracaq, həm də yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Əgər biz statistikaya nəzər yetirsək görəcəyik ki, ölkə əhalisinin 40% - dən çoxu aqrar sektor olan bölgələrdə yaşayır. Ona görə də iqtisadiyyatın bu sahəsinin inkişafı ölkə əhalisinin 40-%-inin işlə təmin olunması deməkdir. Müşavirədə Prezident tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramlarının qəbul olunacağı qeyd edib. Artıq tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı 2017-2021-ci illəri əhatə edəcək Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramında ölkədə tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar görüləcək işlər və icra olunacaq vəzifələr konkret şəkildə müəyyənləşdirilib. Düşünürəm ki, digər sahələr üzrə də konkret Dövlət proqramlarının qəbulu ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərini artıracaq, dünya bazarlarına çıxarıla biləcək rəqabətqabiyyətli məhsullarının istehsalına imkan verəcək və Azərbaycan brendini dünyada tanıdacaq. Gələcəkdə kənd təsərrüfatında və yüngül-yeyinti sənayesi sahələrində istehsal olunacaq geniş çeşidli dünya standartlarına cavab verəcək məhsulların dünya bazarlarına ixracı ölkəmizə xarici valyuta axınını sürətləndirəcək. Bu da ölkədaxili iqtisadiyyatın davamlılığını artıracaq, milli valyutamızın alıcılıq qabiliyyətini yüksəldəcək, işsizlik problemini birdəfəlik həll edəcək və ölkəmizi yeni bir inkişaf mərhələsinə çıxaracaq".

Lerikdə tütün əkini sahələri 25 hektara çatdırılıb
Lerik Rayon İcra Hakimiyyətində Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib. Yığıncaqda rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək respublika müşavirəsində dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqları iştirakçıların diqqətinə çatdırıb, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, 2016-cı ildə Lerikdə ilk dəfə olaraq 10 hektarda tütün əkilib. Bu il isə tütün əkini sahələri 2,5 dəfə artırılaraq 25 hektara çatdırılıb. Sahələrdən 5,4 ton yaş tütün yarpağı yığılaraq rayondakı qurutma məntəqəsinə təhvil verilib.
Çıxışlarda bildirilib ki, cari ildə rayonda fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı müəyyən işlər görülüb. Yerli sahibkarlar tərəfindən Zaqatala, Balakən və Qəbələ rayonlarından Lerikə gətirilən 60 minə yaxın fındıq tingi 50 hektar sahədə əkilib.
Yığıncaqda rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev, kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, təcrübəli tütünçülər Mirzəmməd Salayev və Gəray Qənbərov çıxış edərək, Lerikdə tütünçülüyün inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildiriblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“AtaSığorta” “İlin Sığorta Şirkəti” n
11.12.2017
Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
11.12.2017
“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq
11.12.2017
Bakının toxuculuq sənayesi 34,8 faiz artıb
09.12.2017
Azərbaycan nefti 2 faiz bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info