İpoteka girovluğunda olan əmlakın açıq bazarda satılması mümkün olacaq
Tarix: 14.08.2017 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Avqustun 9-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.
ABA-dan “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” qanunda dəyişikliklər edilməsi haqqında” qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub.
“İpoteka haqqnda” qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir. Belə ki, yeniliyə əsasən girov əmlakının açıq bazarda satılması və ya “İcra haqqında” AR Qanununa uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.
İclasda, həmçinin təkrar hərracların müddətinin azaldılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verilmə mexanizmi və bu məsələlərlə bağlı digər qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər müzakirə olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info