Moldova Rusiya ilə NATO arasında mübarizə meydanına çevrilir
Tarix: 14.08.2017 | Saat: 19:02:00 | E-mail | Çapa göndər
ABŞ-ın Dnestr yaxınlığındakı təhlükəsizlik zonasında baza yaratması ilə bağlı məsələ regionda gərginliyi alovlandıra bilər

Moldova və Dnestryanı ətrafında yaranan söz-söhbətlər bitmək bilmir. İndi isə bu söhbətlərə yenisi əvəz olunub. Moldovanın keçmiş müdafiə naziri Vitalie Marinuça “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, ABŞ Dnestr yaxınlığındakı təhlükəsizlik zonasında moldovalı sülhməramlılar üçün baza yaradır. Son bir neçə gündür Moldova və Rusiya mətbuatı amerikalıların Dnestr yaxınlığında naməlum obyekt inşa etməsi ilə bağlı xəbərlər yayır. Moldova dövlət başçısı İqor Dodonun müdaxiləsindən sonra həmin obyektdə işlər dayanıb.

Dodonun müdaxiləsindən sonra həmin obyektdə işlər dayanıb: “Moldova neytral statusa malikdir və bu səbəbdən ordunun hansısa blok tərəfindən istifadə olunmasına imkan verilməyəcək”

Bunu ABŞ-ın Moldovadakı səfiri Cemys Pettit də təsdiqləyib. Həmin obyektin inşasının maliyyələşməsinin müvəqqəti dayanması haqqında qərar qəbul edilib. Səfir “Deschide.md” portalına açıqlamasında deyib ki, Vaşinqton Moldova ordusunu maliyyələşdirməyi dayandırmayıb: “ABŞ Moldova əsgərlərinin xarici təlimlərdə iştirakı ilə bağlı avadanlıqların alınması ilə bağlı proqramın maliyyələşməsini dayandırıb. Biz müşahidə etmişik ki, son vaxtlar Moldova ordusu heç bir xarici təlimdə iştirak etməyib. Biz bu məsəlin müzakirə etmişik və gələcəkdə problem həll olunacaq”. Səfir Moldova dövlət başçısının xarici təlimləri qadağan edə biləcəyi ilə bağlı məsələyə belə münasibət bildirib: “Bizim məqsədimiz Moldova ordusunu inkişaf etdirməkdir. Beynəlxalq təlimlər isə hərbçilərin imkanlarını artırmaq baxımından çox vacibdir”. Məsələ ondadır ki, Moldova dövlət başçısı İqor Dodon bildirib ki, onun ölkəsi neytral statusa malikdir və bu səbəbdən ordunun hansısa blok tərəfindən istifadə olunmasına imkan verməyəcək. O, Kişinyovda NATO ofisinin açılacağı ilə bağlı ölkə hökuməti tərəfindən verilən anonsu provokasiya adlandırıb. Bundan sonra ölkənin Müdafiə Nazirliyi bildirib ki, ABŞ Dnestr yaxınlığında yerləşən Bulboake kəndində yerləşən poliqonu modernləşdirəcək və bu adım ölkənin neytral statusunu pozmur və NATO ilə bağlı deyil. Keçmiş müdafiə naziri Marinuça bildirib ki, amerikalıların yeni poliqon inşası 3 il əvvəl başlayıb və hazırda ikinci mərhələyə start verilib. Keçmiş nazir ölkə ordusunun xarici təlimlərdə iştirakını tərəfdarıdır və prezident Dodonun qadağasını doğru hesab etmir: “Nəzərə almaq lazımdır ki, Dnestryanıdakı sülhməramlılar tez-tez operativ qrupla birlikdə təlimlər keçirir və bunun üçün Dnestrdən keçirlər. Yəni, onlar sağ sahilə Kişinyov tərəfindən nəzarət edilən hissəyə keçirlər. Bizim əsgərlərin təlimlər çərçivəsində sol sahilə, Dnestryanıya keçsə, nələrin olacağını söyləmək çətindir”. Nazir bildirib ki, İqor Dodon Moldova əsgərlərinin beynəlxalq təlimlərdə iştirakını artıq 3 dəfə qadağan edib. ABŞ səfirliyi tərəfindən yayılan aççıqlamada qeyd edilir ki, hərbi-təlim mərkəzində müasirləşmə işi həyata keçirilir. Amma bəzi KİV-lər ABŞ-ın həmin ərazidə baza yaratdığını qeyd edir. Bu məsələdə narahatlıq yaradan məsələlərdən biri də odur ki, Bulboaka kəndi təhlükəsizlik zonası xəttinə çox yaxın yerləşir. Həmin ərazi 1992-cildə baş verən döyüşlərin mərkəzində olub. Həmin əraziyə Moldova, Rusiya və Dnestryanı sülhməramlı qüvvələri nəzarət edir. Məsələnin gündəmi bu qədər zəbt etməsinin digər səbəbi odur ki, son vaxtlar Moldova dövlət başçısı Dodon istisna olmaqla hökumətin bütün üzvləri həmin üçtərəfli missiyanın beynəlxalq mülki və ya polis qüvvələri tərəfindən əvəzlənməsinin tələb edir. Amma Dnestryanı rejimi buna qarşıdır. Burada söhbət Rusiya qüvvələrinin regiondan çıxarılması ilə bağlıdır. Dnestryanı rejimi rus əsgərlərinin bölgəni tərk etməyəcəyini açıqlayıb. Xatırladaq ki, konstitusiyaya əsasən neytral statusa malik olan Moldova ordusu NATO ilə əməkdaşlıq çərçivəsində bir sıra beynəlxalq əməliyyatlarda iştirak edib. Məsələn, Moldova əsgərləri Kot Divuarda BMT bayrağı altında həyata keçirilən əməliyyatlara qatılıb. Daha sonra bu ölkə əsgərləri BMT missiyası çərçivəsində Liberiya, Sudan, Cənubi Sudanda keçirilən əməliyyatlarda da iştirak edib. 2003-cü ildə Moldova minaaxtaranları İraqa göndərilib. Moldova dövlət başçısı Dodon artıq ölkə əsgərlərinin xarici əməliyyatlarda iştirakına icazə vermir. Belə görünür ki, Moldova Rusiya ilə ABŞ və NATO arasında yeni mübarizə meydanına çevrilir. Hələlik tərəflər az qıcıq yaradan addımlar ataraq bir-birinin əsəblərini yoxlamaq taktikasını seçib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
03.04.2018
“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9095

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info