Ermənistan ordusuna çağırış planı xəstələrin hesabına doldurulur
Tarix: 15.08.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi: “Artıq Ermənistan ordusuna xidmət üçün yararlı gənclər tapmaq çətin məsələyə çevrilib. Buna görə də səhhətində ciddi problemləri olan gəncləri də orduya çağırırlar”

“Orduda ölüm hallarının içərisində intizamsızlıq və nizamnamədən kənar vəziyyətlə bağlı olanların çəkisi xeyli çoxdur. Onsuz da məhdud olan insan resurslarımız bitmək bilməyən müharibə, intizamsızlıq, daxildə artan özbaşınalıq sayəsində tükənir”
Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusundakı ağır durumla bağlı müxtəlif məlumatlar yayılır. İşğalçı ordunun döyüş hazırlığı ilə yanaşı mənəvi-psixoloji durumunun da bərbad vəziyyətdə olması, nizam-intizamın aşağı səviyyəsi ordu daxilində müxtəlif insidentlərin baş verməsinə səbəb olur. Müxtəlif erməni mənbələrinin yaydığı məlumatlar işğalçı ölkənin ordusunun problemlərinin təkcə nizam-intizamla bağlı olmadığını təsdiqləyir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən yayılan məlumatda qeyd edilir ki, artıq Ermənistan ordusuna xidmət üçün yararlı gənclər tapmaq çətin məsələyə çevrilib. Ofisin məlumatında qeyd edilir ki, artıq səhhətində ciddi problemləri olan gəncləri də orduya çağırırlar. Bu məlumatı şərh edən “Birinci İnformasiya” saytı yazır ki, ölkədən insan axını o qədər sürətlə davam edir ki, dövlət miqrasiya probleminə görə ordunu əsgərlə təmin edə bilmir: “Ona görə də çağırış planının xəstələrin hesabına doldurmağa çalışırlar. Orduya sağlamlığında ciddi problemləri olan xəstə gənclərin çağırılması ordunun döyüş qabiliyyəti ilə bağlı məsəlin həll etmir. Əksinə, xəstələrdən təşkil edilən orduda ölüm halları və nizamnamədən kənar halların sayı sürətlə artır. Rəsmi rəqəmlərə görə, cari ilin yanvar-iyul ayları ərzində 38 hərbçimiz ölüb.

“Birinci İnformasiya”: “Ölkədən insan axını o qədər sürətlə davam edir ki, dövlət miqrasiya probleminə görə ordunu əsgərlə təmin edə bilmir: Xəstələrdən təşkil edilən orduda ölüm halları və nizamnamədən kənar halların sayı sürətlə artır”


Bu əsgərlərin hamısı döyüşdə ölməyib. Ermənistan ordusunda əsgərlər döyüşlərin olmadığı vaxtlarda da ölürlər. Qeyri-döyüş şəraitində ölüm faktlarının sayının çoxalması ordudakı vəziyyətin ağır olduğunu göstərir. Heç döyüş şəraitində ölüm hallarına da haqq qazandırmaq mümkün deyil. Çünki hakim partiyanın seçki kampaniyası zamanı özünə şüar seçdiyi “təhlükəsizlik” məsələsini əsgərlərin ölümü ilə deyil, keyfiyyətli diplomatiya ilə təmin etmək vacibdir. Amma bütün halda bir məsələ faktdır ki, orduda ölüm hallarının içərisində intizamsızlıq və nizamnamədən kənar vəziyyətlə bağlı olanların çəkisi xeyli çoxdur. Beləliklə, onsuz da məhdud olan insan resurslarımız bitmək bilməyən müharibə, intizamsızlıq, daxildə artan özbaşınalıq sayəsində tükənir. Övladlarını itirdiyi üçün göz yaşı axıdan anaların səsini təbliğat məqsədilə ortaya atılan “millət-ordu” şüarı ilə nə qədər kəsməyə çalışsaq da onsuz da ictimai rəydə bizim ordu “ət maşını” ilə eyni qəbul edilir. Cəmiyyətdə ordunun nüfuzunun olması dövlət üçün çox vacibdir. Amma orduda qeyri-döyüş şəraitində baş verən ölümlər, orduya xəstə uşaqların cəlb edilməsi, nizamnamədən kənar faktların sayının sürətlə artması silahlı qüvvələri cəmiyyətdən uzaqlaşdırmaqla yanaşı, insanlarda olan müstəqillik ideyasını bir qədər də məhv edir”.
*****
Dünən Ermənistan ordusunda daha bir intihar hadisəsi baş verib. “News.am” saytının məlumatına əsgərin asılmış vəziyyətdə meyiti tapılıb. Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti Şirak vilayətinin Atsik kəndində aşkar edilib. O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info