“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
Tarix: 16.08.2017 | Saat: 11:23:00 | E-mail | Çapa göndər
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”a minimal hesabla uduzan “Kopenhagen”in baş məşqçisi Stal Solbakken oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Norveçli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Nəticədən narazıyam. Bir də son 30 dəqiqə ürəyimcə olmadı. Belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son yarım saatda isə “Qarabağ”ın üstünlüyü var idi. Meydanda daha çox güc qoydular. Qapıçımız bir neçə qurtarışla yadda qaldı. Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil.
- Futbolçular kimi siz də aqressiv idiniz. Səbəbi nə idi?
- Elə düşünmürəm. Mən aqressiv deyildim.
- Cavab görüşündə şansları necə qiymətləndirirsiz?
- Düşünürəm ki, “Qarabağ” favoritdi. Bakıda qeydə alınan hesab bunu deməyə əsas verir. Onlar səfərdə 1 qol vursalar, üstünlüyü tamamilə ələ keçirəcəklər. Amma öz meydanımızda ilk qolu biz vursaq, şansımız artacaq.
- “Kopenhagen”dən fərqli, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir. Necə düşünürsüz, azarkeşlər bunun haqqını verdimi?
- Böyük oyun idi. Bu, hiss olunurdu. Azarkeşlər də öz komandalarını yaxşı dəstəklədilər. Bu, qeydə alınan nəticədə də rol oynadı.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
15.11.2017
“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
13.11.2017
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
10.11.2017
“Bu il 3 yeni sığorta məhsulu hazırlamışıq”
09.11.2017
Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info