Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsi yenidən qurulur
Tarix: 16.08.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər davam etdirilir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yenidən qurulan avtomobil yolunun bərpası layihəsinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 avqust tarixli Sərəncamı ilə dövlət büdcəsindən “Azəravtoyol” ASC-yə 23,3 milyon manat vəsait ayrılıb.
Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb və yol istifadəyə verilib. Hazırda yolun 8,6-12-ci kilometrliyində yeni yol əsasının tikintisi işləri aparılır.
Sahə rəisi Ali Bakır bildirib ki, bu ərazidə yolun 3 kilometrlik hissəsində torpaq işləri, yeni yol yatağının və yol əsasının tikintisi artıq yekunlaşıb və yol asfalt döşənməsi üçün hazır vəziyyətə gətirilib. Yolun bu hissəsində 5 yerdə suötürücü borular da quraşdırılacaq.
Xatırladaq ki, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan, Qax və Zaqatala rayonlarının 37,3 min nəfərdən çox əhali yaşayan 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşmasına imkan verəcək, eyni zamanda, Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info