Bu insanlar çay içməməlidir
Tarix: 17.08.2017 | Saat: 12:31:00 | E-mail | Çapa göndər
Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir.
Lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır.
- Qastrit, mədə və 12 barmaq bağırsağı xorası, reflüks kimi həzm sistemi xəstəlikləri zamanı, xüsusilə onların kəskinləşməsi dövründə çayın istehlakı ziyanlıdır. Çay mədənin turşuluğunu artırır ki, bu hal da xəstəliyin gedişatını ağırlaşdırır.
- Bəzi böyrək xəstəlikləri, böyrək daşı xəstəliyi zamanı çayın istehlakını azaltmaq lazımdır. Sidikqovucu təsirə malik olan çay böyrəklərə düşən gərginliyi artırır.
- Yaşlı insanlarda sümük xəstəlikləri (xüsusilə osteoporoz) zamanı çayın həddindən artıq istehlakı ziyanlıdır ki, çay sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir .
- Yuxusuzluq, aritmiyalar, hipertoniya zamanı da çayın istehlakı ziyan vura bilər ki, tərkibində kofein olan çay qıcıqlandırırcı təsir edir və həmçinin ürək döyünməsinin tezliyi və təzyiqi artırır.
- Qanazlığı zamanı çay içmək tövsiyə edilmir ki, çay yeməklərdən dəmirin və zülalların mənimsənilməsinin qarşısını alır.
- Hamiləlik zamanı da çayın istehlakını minimuma çatdırmaq lazımdır ki, çay ürək və böyrək üçün əlavə gərginlik yaradır. Hamiləlik zamanı isə bu orqanlar onsuz da əlavə gərginliklə çalışır. Yapon alimlərinin araşdırmaları göstərib ki, hamiləlik zamanı çoxlu çay içən (bu həm qara, həm də yaşıl çaya aiddir) qadınların uşaqlarının bədən çəkisi az olur.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Bu adi və ucuz məhsul ürək üçün ən faydalısıdır. Hər gün yeyin!
18.02.2018
Sarımsaqlı su
14.02.2018
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait
12.02.2018
Əhalinin pulsuz tibbi müayinəsinə başlanır
10.02.2018
Avtomobil oturacaqlarındakı qızdırıcılar sonsuzluq yaradır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8442

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info