“Forum yüksək səviyyədə təşkil olunub”
Tarix: 17.08.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Burada dünyanın hər yerindən gəlmiş skautlar toplaşıb. Bu, ən geniş əhatəli forum və ən böyük məkandır. Forumun təşkili çox xoş təsir bağışlayır, hər şey ən yüksək səviyyədə, gözəl təşkil olunub. Biz forumun sessiyaları çərçivəsində kreativ ideya mübadiləsi aparır, qarşıdakı üç ildə görüləcək işləri müzakirə edirik.
Forum dünyanın bütün guşələrindən yeni dostlar tapmağa imkan verir”. 41-ci Dünya Skaut Konfransının isveçrəli iştirakçısı Martin Jurq Diezelm bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib. Skaut qeyd edib ki, Azərbaycanda təşkil edilmiş bu genişmiqyaslı forumda iştirak etmək onu çox sevindirir: “Burada olmağıma çox şadam. Azərbaycan zəngin mədəni ənənələrə malik olan çox gözəl ölkədir. Bakıya gələnə qədər Azərbaycan haqqında, xüsusən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi haqqında çox eşitmişdim. Həmvətənlərim bu müsabiqə ilə bağlı təşkilati işi çox təriflədilər, heyran olduqlarını bildirdilər. Mən Azərbaycana gəlməyi çoxdan istəyirdim”. İsveçrəli skaut Azərbaycan hökumətinə və Dünya Skaut Konfransının təşkilatçılarına təşəkkürünü bildirərək deyib ki, skautlar bu tədbir çərçivəsində Azərbaycanın əlamətdar mədəni və tarixi yerlərində olurlar.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”
18.07.2018
“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək”
17.07.2018
İran ABŞ-ı Yaxın Şərqdə təhlükəsizliyi pozmaqda ittiham edib
17.07.2018
Rusiya səfiri: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”
16.07.2018
“NATO sammitində qəbul olunan qərar ölkəmizin diplomatik uğurudur“

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9643

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info